Ana səhifə
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 179.262 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 179.262 məqalə mövcuddur.
| Pirsinq — bədən modifikasiyasının bir forması, bədənin bir sıra yerlərində deşiyin yaradılması və oraya bəzək və ya zinət əşyalarının taxılmasıdır.
Pirsinqin edilməsi və ya edilməməsinin bir çox səbəbi ola bilər. Bir sıra insanlar pirsinqi dini və ya mənəvi səbəblərdən, digərləri isə özünüifadə ehtiyacı ilə, estetik dəyərlərlə, öz seksual həyəcanlarını yaxşılaşdırmaqla, özünü hərhansısa bir submədəniyyətə aid etməsi və ya ona etirazı ilə tənzimlənir. Təhsil müəssisələri, işəgötürənlər və dini icmalar adətən pirsinqin geyinilməsini məhdudlaşdırırlar. Bir sıra insanlar isə pirsinqin ekstremal növlərini praktikada işlədirlər. Ginnesin Rekordlar Kitabında, bədənində yüzlərlə və hətta minlərlə pirsinq deşiklərinə sahib olan insanların adları qeyd edilib. Əslində pirsinq - invaziv prosedurdur və pirsinq zamanı bədəndə allerqik reaksiya, kəsik və ya çapıq izlərinin yaranması və ümumilikdə orqanizmin görünmədən reaksiya ehtimalı böyükdür. |
| Lomonosov şəhəri — Rusiya ərazisində yerləşən şəhər. Lomonosov Petrodvorets rayonunun bir hissəsi olaraq bələdiyyə mərkəzi və Sankt-Peterburqun federal əhəmiyyətli şəhəri hesab olunur. Lomonosov şəhərinin Leninqrad vilayətinin tərkibinə daxil olmamasına baxmayaraq, burada Lomonosov və Leninqrad bölgələrinin yerli hakimiyyət orqanları yerləşir.
Şəhər Fin körfəzinin sahilində və Karasta çayının mənsəbində yerləşir. Lomonosov mühüm dəniz limanıdır. Oranienbaum və Oranienbaum II dəmir yolu stansiyaları, həmçinin "Martışkino" və "Kronştadskaya koloniya" dayanacaq məntəqələri Oktyabr Dəmir yolunun Baltik dənizi istiqamətində yerləşir. Şəhərin əsası 1710-cu ildə, knyaz Aleksandr Menşikovun şəhərətrafı iqamətgahı olaraq qoyulmuşdur, 1780-ci ildə isə Lomonosova şəhər statusu verilmişdir. Lomonosovda XVIII əsrə aid "Oranienbaum saray-park kompleksi" yerləşir. Lomonosov Böyük Vətən müharibəsi I dərəcəli və Hərbi şöhrət ordeni ilə təltif olunmuşdu |
| Ən yaxşı kişi roluna görə Oskar mükafatı — Amerika kino sənəti akademiyasının 1929-cu ildən etibarən hər il təqdim etdiyi nüfuzlu mükafat. Mükafatın namizədləri (sayı 5-dən çox olmayaraq) gizli səsvermə vasitəsilə irəli sürülür. Qalib akademiyanın həmişəlik seçilmiş bütün aktiv üzvlərinin ümumi səsverməsi nəticəsində təyin edilir.
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı 1929-cu ildən etibarən təqdim olunur. Mükafatın ilk laureatı "Sonuncu göstəriş" və "Bütün cisimlərin yolu" filmlərindəki rollarına görə qalib elan edilmiş Emil Yanninqs olmuşdu. Birinci mərasimin ilk namizədləri arasında "Sirk" filmi ilə Çarli Çaplin də olmuşdur. Lakin o, ümumi siyahıdan kənar olaraq, ayrıca xüsusi mükafat qazanmışdı. |
- Ardem Pataputyan və Devid Culius fiziologiya və tibb üzrə Nobel mükafatının qalibləri elan olunublar.
- Fumio Kişida (şəkildə) Yaponiyanın sayca 100-cü baş naziri seçilib.
- Facebook sosial şəbəkəsi və onun törəmə şirkətləri Messenger, Instagram, WhatsApp yeddi saatdan çox müddət ərzində bütün dünyada əlçatmaz olub.
- Mamadi Dumbuya dövlət çevrilişindən sonra Qvineyanın müvəqqəti prezidenti olaraq and içib.
- Rusiyanın Perm Dövlət Universitetində baş verən silahlı hücum nəticəsində azı 6 nəfər ölüb.
- Keçmiş Əlcəzair prezidenti Əbdüləziz Buteflika 84 yaşında ölüb.
Digər günlər: 15 oktyabr – 16 oktyabr – 17 oktyabr
- Yaponiyanın Mie prefekturasında yerləşən Evli qayalar (şəkildə) yerli rahiblər tərəfindən müqəddəs hesab edilir.
- Ağ ayı Knutun Berlin zooparkına qazandırdığı gəlirlər nəticəsində 2007-ci il zooparkın 163 illik tarixi ərzində ən gəlirli il olmuşdur.
- Kasakela və Kahama şimpanzeləri arasında 1974-78-ci illərdə baş vermiş Qombe müharibəsi 11 şimpanzenin ölümü və 3 şimpanzenin itkin düşməsi ilə nəticələnmişdir.
- İngilis Tom Hayam 1980-ci ildə bacanağının düşərgə çadırında paltar ütülədiyini gördükdən sonra ekstremal ütüləmə idman növünün əsasını qoymuşdur.
- Süddən qatıq almaq üçün istifadə olunan Lactobacillus bulgaricus bakteriyasını kəşf etmiş bolqar mikrobioloq Stamen Qriqovun anadan olduğu Studen İzvor kəndində dünyanın yeganə qatıq muzeyi fəaliyyət göstərir.
Vikimedia Fondunun digər layihələri
Vikilüğət Lüğət
Vikisitat Sitatlar
Vikikitab Azad dərsliklər və təlimat kitabları
Vikimənbə Azad əsər kitabxanası
Vikixəbər Azad xəbər mənbəyi
Vikiversitet Tədris materialları
Vikinövlər Bioloji növlərin sistematikası
Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
Vikiverilənlər Ortaq verilənlər bazası
Vikianbar Ortaq media anbarı
Vikisəyahət Azad səyahət təlimatçası
Meta-Viki Vikimedia koordinasiya mərkəzi

