Məzmuna keç

İn-kvarto

Vikipediya, azad ensiklopediya

İn-kvarto (lat. in quarto; hərf. "vərəqin dörddə bir hissəsi")[1] — səhifə ölçüsünün mətbəə vərəqinin dörddə birinə bərabər olduğunu bildirən poliqrafiya termini. Qısa işarələri — 4° və 4to şəklindədir. Bu zaman bir mətbəə vərəqində kitabın 4 vərəqi (8 səhifəsi) yerləşir. Səhifənin ölçüləri 24,15 × 30,5 sm təşkil edir. Bu termin həmçinin sözügedən formatda olan çap nəşrlərinə də aid edilə bilər. Avropada in-kvarto formatında çap olunduğu məlum olan ən erkən kitab, İohann Qutenberq tərəfindən öz "Müqəddəs Kitab"ından əvvəl, 1452–1453-cü illərdə çap edildiyi güman olunan və günümüzə bir parça şəklində çatmış "Sivillər kitabı" hesab olunur. Müasir dövrdə in-kvarto formatlı nəşrlərə nadir hallarda rast gəlinir və bunlara əsasən bədii albomlar aid edilir.

  1. ↑ "quarto". Oxford English Dictionary (2nd ed.). Oxford University Press. 1989.