Məzmuna keç

Əl-Kəşşaf

Vikipediya, azad ensiklopediya
Əl-Kəşşaf
ərəb. الكشاف‎
ərəb. الكشاف عن حقائق غوامض التنزيل وعيون الأقاويل في وجوه التأويل‎
Müəllif Zəmaxşəri
Janr təfsir
Orijinalın dili ərəb dili

Əl-Kəşşaf (ərəb. الكشّاف‎) — Zəmaxşərinin Quran təfsiri.

Əsərin tam adı "əl-Kəşşaf ən həqaiqi-qəvamizit-tənzil və uyunil-əqavil fi vücuhit-təvil"dir. Zəmaxşəri "əl-Kəşşaf"ı əsasən dirayət (məntiq, analiz və dərk etmə) metodu ilə qələmə almışdır. Əsərdə yer-yer rəvayət metodundan da istifadə edilmişdir. Zəmaxşəri əsərini hazırlayarkən ondan əvvəl yazılmış əsas təfsir, qiraət və bəlağət kitablarına müraciət etmişdir. Şəmsəddin əl-İsfahani isə "əl-Kəşşaf"ın əsas mənbəyinin Zəccaca məxsus "Məanil-Quran" adlı əsər olduğunu bildirmişdir.[1]

Əsərə müxtəlif haşiyələr yazılmışdır. Qütbəddini-Şirazi, Əhməd ibn Həsən Carbərdi, Camaləddin Aksarayi, Təftəzani və Seyyid Şerif əl-Cövzcani "əl-Kəşşaf"ə haşiyə yazan alimlərdən bəziləridir.[2]

"Əl-Kəşşaf" müxtəlif nəşrləri reallaşdırılmışdır (Bulaq: hicri 1281, Qahirə: 1977, Beyrut: 2003 və s.).[3]

  1. ↑ Çələbi, Katib. Kəşfüz-Zünun (ərəb). II. İstanbul. 1941–1943. 1482.
  2. ↑ Özek, Ali. "el-Keşşaf". TDV İslâm Ansiklopedisi. 2022. Archived from the original on 12 noyabr 2025. İstifadə tarixi: 4 fevral 2026.
  3. ↑ Öztürk, Mustafa; Mertoğlu, M. Suat. "Zemahşeri". TDV İslâm Ansiklopedisi. 2013. Archived from the original on 18 fevral 2026. İstifadə tarixi: 4 fevral 2026.