Məzmuna keç

Con Stal

Vikipediya, azad ensiklopediya
Con Stal
Image
Doğum tarixi 21 yanvar 1886(1886-01-21)
Doğum yeri
Vəfat tarixi 12 yanvar 1950(1950-01-12) (63 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Forest-Laun xatirə parkı[d]
Fəaliyyəti kinorejissor, film prodüseri, ssenarist
IMDb ID0821472
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Malkolm Stal (ing. John Malcolm Stahl; 21 yanvar 1886, Bakı – 12 yanvar 1950, Hollivud, Kaliforniya) — amerikalı kinorejissor və prodüser. O, daha çox "Onu cənnətə buraxın (1945)", "Həyatın imitasiyası" (1934), "Krallığın açarları" (1945) və "Arxa küçə" (1932) kimi filmləri ilə tanınır.

Həyatı və karyerası

[redaktə | vikimətni redaktə et]

Yakob Morris Strelitski Bakıda rus-yəhudi ailəsində anadan olub.[1][2] O, uşaq olanda ailəsi Rusiya imperiyasını tərk edərək Nyu-Yorka köçüb. Gənc yaşda Con Malkolm Stal adını götürüb və əvvəlcə teatrda, sonra isə şəhərin böyüyən kino sənayesində işləməyə başlayıb. İlk qısametrajlı səssiz filmini 1913-cü ildə çəkib.

1919-cu ildə Hollivudda Louis B. Mayer Pictures ilə müqavilə bağlayıb. 1924-cü ildə MGM Studios-u quran Mayer komandasının üzvlərindən biri idi. 1927-ci ildə Stal Kino Sənəti və Elmləri Akademiyasının otuz altı qurucu üzvündən biri olmuşdur. 1927-ci ildən 1929-cu ilə qədər qısa müddətli müstəqil Tiffany Pictures studiyasında icraçı olub və şirkətin adını "Tiffany-Stahl Productions" olaraq dəyişdirib.

  1. ↑ "Actualité de la cinephilie. Le mélodrame strict de John M. Stahl. Saint-Sébastien rend hommage à un maître oublié". Libération. 8 aprel 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2013. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. ↑ Erens, Patricia. The Jew in American Cinema. Indiana University Press. avqust 1988. səh. 392. ISBN 978-0-253-20493-6.