Məzmuna keç

Pavel Nedved

Vikipediya, azad ensiklopediya
Pavel Nedved
məsri. Pavel Nedvěd
Image
Ümumi məlumatlar
Doğum tarixi 30 avqust 1972(1972-08-30)[1][2] (54 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 177 sm
Çəkisi 70 kq
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Klub karyerası[* 1]
1989–1992 Image Dukla Praqa 19 (3)
1991–1992 Image Dukla Praqa 19 (3)
1992–1995 Image Sparta Praqa 97 (23)
1995–1999 Image Latsio 138 (33)
1999–2009 Image Yuventus 247 (51)
Milli yığma[* 2]
1992–1993 Image Çexoslovakiya U-21 7 (0)
1994–2006 Image Çexiya 91 (18)

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pavil Nedved (30 avqust 1972[1][2], Xeb[2]) — Çexiyalı keçmiş futbolçu. Yarımüdafiəçi kimi çıxış edib. O, Çexiyadan çıxan ən uğurlu oyunçulardan biri kimi qəbul edilir.[3] O, daha çox İtaliya çempionatında "Latsio" və "Yuventus" klublarında çıxış edib və onlarla birlikdə bir sıra kuboklar qazanıb.

Dövrünün ən güclü yarımmüdafiəçilərindən biri hesab edilən o, 2003-cü ildə göstərdiyi gözəl oyuna görə mövsümün ən yaxşı oyunçusu kimi Qızıl topa layiq görülüb.[4] İtaliyanın "Latsio" klubuyla UEFA Kuboklar Kubokunu qazanıb.

O, dözümlülüyü və uğurlu cinah ötürmələri ilə tanınırdı. "Yuventus"da oynadığı zaman "Yuventus" azarkeşləri ona "Çex qəzəbi" ləqəbini verirlər.[5]

Nedved peşəkar futbolda 19 mövsüm keçirdikdən sonra 2009-cu ildə fubolçu karyerasını bitirir.

30 avqust 1972-ci ildə Çexoslovakiyanın Almaniya sərhədində yerləşən Xeb şəhərində anadan olub və yaxınlıqdakı Skalnada kəndində böyüyüb.[6]

Nedved futbolçu karyerasına doğma Çexoslovakiyada başlayıb. Kiçik yaşlarından futbol azarkeşi olan o, 1977-ci ildə 5 yaşında Skalnanı təmsil edən "Tatran" klubunda oynamağa başlayıb.[7] Nedved 1985-ci ildə Xeb şəhərini təmsil edən "Rudá Hvězda Cheb" klubuna keçir. Burda göstərdiyi istedadı ilə digər klubların marağını çəkən Pavel Nedved, Pilzeni təmsil edən "Şkoda Plzen" klubuna dəvət edilir.[7]

1990-cı ildə Nedved hərbi xidmətinin bir hissəsi olaraq Çexiya ordusunun idarə etdiyi "Dukla Praqa" klubuna icarəyə verildi.[8] 28 oktyabr 1991-ci ildə Nedved "Dukla Praqa"nın heyətində ilk oyununa çıxır. Hərbi xidməti bitirdikdən sonra 1992-ci ildə "Sparta Praqa" klubuna transfer oldu. Pilzen klubuyla Praqa klubunun arasında olan müqaviləyə görə Nedved xarici kluba keçərsə, Pilzen transfer haqqının 30%-ni almalı idi.[9][10]

Nedved "Sparta"da 4 il keçirir və meydana çıxdığı 97 oyunda 23 dəfə fərqlənir.

1996-cı ildə təşkil olunmuş Avropa Çempionatındakı gözəl oyunundan sonra İtaliyanın "Latsio" klubuna transfer edilir. Nedved İtaliya klubu ilə 1,2 milyon lirə müqabilində dörd illik müqavilə imzaladı.[11] 7 sentyabr 1996-cı ildə Bolonya ilə matçda "Latsio"nun heyətində A Seriyasında debüt etdii.[12] Oktyabrın 20-də İtaliyada ilk qolunu "Kalyari"yə vurdu. Həmin mövsüm Nedved liqada "Latsio"nun heyətində yeddi dəfə qol vurdu.[13]

Nedved "Latsio"nun heyətində liqada 137 oyunda meydana çıxaraq 33 qol vurur.

2001-ci ilin yayında Nedved 38,7 milyon avroya Turin "Yuventus"una keçir.[14][15][16] Karyerasının sonuna kimi "Yuventus"un formasını geyinən futbolçu, burada meyda çxdığı 247 oyunda 51 qol vurur.

  • Çexoslovakiya çempionu: 1992/93
  • Çexiya çempionu (2): 1993/94, 1994/95
  • Çexiya Kubokunun qalibi: 1996
  • İtaliya çempionu: 1999/00
  • İtaliya kubokunun qalibi (2): 1997/98, 1999/00
  • İtaliya Superkubokunun qalibi (2): 1998, 2000
  • Kuboklar Kubokunun qalibi: 1998/99
  • UEFA Super Kubokunun qalibi: 1999
  • İtaliya çempionu (2): 2001/02, 2002/03, 2004/05, 2005/06 (son 2 titul ləğv edildi)
  • İtaliya Superkubokunun qalibi (2): 2002, 2003
  • UEFA Çempionlar Liqasının finalçısı: 2003

"Çexiya milli komandası"

[redaktə | vikimətni redaktə et]
  • Vitse Avropa Çempionu 1996
  • 2004-cü il Avropa çempionatının bürünc mükafatçısı
  • Qızıl topun qalibi (Fransa Futbol): 2003
  • Çexiyada ilin futbolçusu (4): 1998, 2000, 2003, 2004
  • Çex "Qızıl Topu" (6): 1998, 2000, 2001, 2003, 2004, 2009
  • İtaliyada ilin futbolçusu: 2003
  • 2004 "Qızıl Ayaq" Mükafatı Qalibi
  • UEFA İlin Yarımmüdafiəçisi: 2003
  • UEFA-ya görə Avropanın simvolik komandasına daxil edilib (3): 2003, 2004, 2005
  • ESM üzrə 2 dəfə Avropanın simvolik komandasına daxildir: 2001, 2003
  • "World Soccer"ə görə Dünyanın ən yaxşı futbolçusu: 2003
  • "Guerin Sportivo"ya görə İtaliyada ilin futbolçusu: 2003
  • İtaliyada ilin ən yaxşı əcnəbi futbolçusu: 2003
  • 2004-cü il Avropa çempionatının nəticələrinə görə simvolik komandaya daxil edilib (UEFA-nın məlumatına görə)
  • FIFA 100 siyahısındadır

Oyun statistikası

[redaktə | vikimətni redaktə et]
Sources: Liqa oyunları,[17] Yuventus heyətində İtaliya kuboku,[18] Avropa statistikası[19]
Klublara görə oyun və qol sayı
Klub Sezon Liqa Kubok Avropa Digər Toplam
DvizionOyunQolOyunQolOyunQolOyunQolOyunQol
Dukla Praqa 1991–92 Çexoslovakiya birinci liqası 193——193
Sparta Praqa 1992–93 Çexoslovakiya birinci liqası 1705[a]0—220
1993–94 Çexiya birinci liqası 2334[b]0—273
1994–95 Çexiya birinci liqası 2762[b]0—296
1995–96 Çexiya birinci liqası 30148[c]4—3819
Total 97231950011628
Latsio 1996–97 A Seriyası 327313[c]2—3810
1997–98 A Seriyası 26116211[c]2—4315
1998–99 A Seriyası 211408[a]41[d]1346
1999–2000 A Seriyası 2856112[b]11[e]0477
2000–01 A Seriyası 3193110[b]31[d]04513
Total 1383322544123120751
Yuventus 2001–02 A Seriyası 324407[b]0—3810
2002–03 A Seriyası 2991015[b]51[d]04315
2003–04 A Seriyası 306406[b]21[d]0346
2004–05 A Seriyası 2771010[b]3—477
2005–06 A Seriyası 335408[b]21[d]04513
2006–07 B Seriyası 331131——3612
2007–08 A Seriyası 31221——333
2008–09 A Seriyası 327309[b]0—447
Total 2475122255123032765
Career total 5011104471182961669147
  1. 1 2 UEFA Kuboklar Kuboku oyunları
  2. 1 2 3 4 5 6 7 8 9 10 UEFA Çempionlar Liqası oyunları
  3. 1 2 3 UEFA Kuboku oyunları
  4. 1 2 3 4 5 İtaliya Superkuboku oyunu
  5. ↑ Uefa Super Kuboku oyunu
Milli komandada oyun və qol sayı[20]
Milli komandaİlOyunQol
Çexiya 199410
199540
1996122
1997102
199831
199992
2000104
2001114
200260
200382
200490
200520
200661
Total9118
  1. 1 2 Pavel Nedvěd (ing.). // FBref. (İstifadə tarixi: 7 sentyabr 2025).
  2. 1 2 3 4 Nedvěd, Pavel, 1972- (çeş.). // regionální databáze Knihovny města Plzně. (İstifadə tarixi: 20 aprel 2024).
  3. ↑ "Pavel Nedved". 6 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2014.
  4. ↑ "Павел Недвед удостоен «Золотого мяча»". sovsport.ru. 21 sentyabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2010.
  5. ↑ "Чешская фурия решила уйти". 3 mart 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2010.
  6. ↑ "Pavel Nedvěd: biography" (çex). 20 dekabr 2008 tarixində arxivləşdirilib.
  7. 1 2 "Pavel Nedved" (çex). 2 iyun 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2011.
  8. ↑ "Síň slávy Dukla Praha 1948 - 2009: Pavel Nedvěd" (çex). FK Dukla Praha. 29 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2015.
  9. ↑ Kellner, Tomáš. "Plzen battles Sparta Praha off the pitch". The Prague Post. 17 iyul 1996. 8 dekabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2015.
  10. ↑ Bouc, František. "Soccer club incensed over CMFS ruling". The Prague Post. 30 aprel 1997. 4 mart 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2015.
  11. ↑ Giancarla, Ghisi. "Nedved alla Lazio, Bierhoff viaggia verso Torino". Corriere della Sera (italyan). 11 iyul 1996. 29 noyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2014.
  12. ↑ "Taking balls: The numbers game". Sunday Mail. The Free Library. 1 avqust 2004. 29 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2014.
  13. ↑ "Italy Championship 1996/97". Rec.Sport.Soccer Statistics Foundation. 23 avqust 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2013.
  14. ↑ "Nedved: la Juve l'ho scelta io". Rai Sport (Italian). Rai. 5 iyul 2001. 25 sentyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2017.
  15. ↑ "Ciao Juve: Nedved resta alla Lazio". La Gazzetta dello Sport (Italian). Milan: RCS MediaGroup. 14 iyun 2001. 29 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2017.
  16. ↑ "Depositati i contratti di cessione di Nedved e Veron" (Press-reliz) (Italian). Rome: S.S. Lazio. 18 iyul 2001. 21 iyul 2001 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2017.
  17. ↑ www.national-football-teams.com/. "General Information about the player Pavel Nedvěd". www.national-football-teams.com/ (ingilis). 26 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2022.
  18. ↑ "Pavel Nedvěd". myjuve.it. n.d. 18 may 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2013.
  19. ↑ Haisma, Marcel. "Pavel Nedved – Matches in European Cups". Rec.Sport.Soccer Statistics Foundation. 22 sentyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2013.
  20. ↑ "Pavel Nedved – International Appearances". Rec.Sport.Soccer Statistics Foundation. 9 aprel 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2013.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]