Rendi Şekman
| Rendi Şekman | |
|---|---|
| ing. Randy Schekman | |
| | |
| Doğum tarixi | 30 dekabr 1948[1] (77 yaş) |
| Doğum yeri | |
| Elmi dərəcəsi | |
| İş yeri | |
| Təhsili | |
| Üzvlüyü | |
| Mükafatları |
|
| mcb.berkeley.edu/labs/sc… | |
Rendi Şekman (30 dekabr 1948[1], Sent-Pol) — amerikalı sitoloq və "Hüceyrələrdə əsas nəqliyyat sistemi olan vezikulyar nəqliyyatı tənzimləyən bir mexanizmin kəşfinə" görə 2013-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatının laureatıdır.[2] R.Şekmanın əsas xidməti hüceyrə daşıyıcı zülallarını kodlayan əsas genlərin kəşfindədir.[3] Amerika Birləşmiş Ştatları Milli Elmlər Akademiyasının (1992-ci ildən)[4] və Amerika Fəlsəfə Cəmiyyətinin (2008-ci ildən) üzvü, London Kral Cəmiyyətinin xarici üzvü (2013-cü ildən),[5] Kaliforniya Universitetinin professoru, Berkli və Hovard Hyuz Tibb İnstitutunun tədqiqatçısıdır.
Həyat yolu
[redaktə | vikimətni redaktə et]Rendi Şekman 30 dekabr 1948-ci il Minnesota ştatının Sent-Pol şəhərində yəhudi ailəsində anadan olmuşdur. 1960-cı ildə ailəsi ilə bərabər Oranj dairəsinin Rossmur şəhərinə köçmüş və orada Anaheimdəki Qərbi Orta Məktəbini bitirmişdir.[6] Bacısının leykozdan ölümündən sonra erkən vaxtlarda biologiya ilə maraqlanmağa başlamışdır.[7] Əvvəlcə Kaliforniya Universitetinin Los-Anceles şöbəsindən molekulyar biologiya üzrə bakalavr dərəcəsi almış, sonra Stenford Universitetinin biokimya şöbəsinə daxil olmuşdur. 1999-cu ildə Amerika Hüceyrə Biologiyası Cəmiyyətinin prezidenti olmuşdur. 2007-ci ildən Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü və Elmin İnkişafı üzrə Amerika Assosiasiyasının üzvüdür.[8]
2006-cı ildən 2011-ci ilə qədər Milli Elmlər Akademiyasının Məqalələr Jurnalının redaktoru, 2011-ci ildən isə eLife jurnalının baş redaktoru olmuşdur.
2013-cü ildə Ceyms Rotman və Tomas Kristian Südhofla bərabər "Hüceyrələrimizdə böyük bir nəqliyyat sistemi olan vezikulyar trafikinin tənzimləmə mexanizmlərinin kəşfinə görə" Fiziologiya və tibb üzrə Nobel mükafatı almışdır.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- 1982-ci ildə — Guggenheim Təqaüdü
- 1994-cü ildə — Rosenstiel mükafatı (Ceyms Rotman ilə bərabər), "İfrazat yolunun komponentlərini təyin etdiyinə görə."
- 1996-cı ildə — Beynəlxalq Gairdner Mükafatı, "Hüceyrədaxili nəqliyyatda və vezikül birləşməsində iştirak edən zülalların müəyyən edilməsinə görə."[9]
- 2002-ci ildə — Albert Lasker Əsas Tibbi Tədqiqatlar Mükafatı, "Membran veziküllərinin əmələ gəlməsini və birləşməsini idarə edən universal molekulyar mexanizmi, qida maddələrinin mənimsənilməsi, hormonların və neyrotransmitterlərin ifrazı üçün vacib olan orqanoidlərin əmələ gəlməsi prosesini aşkar edən kəşflərə görə."[10]
- 2002-ci ildə — Louiz Gross Horvitz Mükafatı
- 2008-ci ildə — Dikson Mükafatı
- 2010-cu ildə — Messriy Mükafatı
- 2010-cu ildə — Uilson Medalı
- 2012-ci ildə — Hans Noyrat Mühazirəsi
- 2013-cü ildə — Tibb üzrə Nobel Mükafatı, "Hüceyrələrimizin əsas nəqliyyat sistemi olan veziküllərin hərəkətini tənzimləyən mexanizmlər haqqında kəşflərə görə."
- 2016-cı ildə — Fiat Lux Fakültə Mükafatı, Kaliforniya Universiteti Məzunlar Assosiasiyası.
- Cenevrə və Regensburq Universitetlərinin fəxri doktoru.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 Kara Rogers. Randy W. Schekman (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 9 oktyabr 2017).
- ↑ The 2013 Nobel Prize in Physiology or Medicine - Press Release (англ.). nobelprize.org. Дата обращения: 7 октября 2013. Архивировано 7 октября 2013 года.
- ↑ А. Якубовский. Нобелевская премия - 2013 // Наука Урала. — Екатеринбург: УрО РАН, 2013. — Вып. октябрь, № 25-26 (1088). — С. 4.
- ↑ Randy W. Schekman Архивная копия от 30 сентября 2018 на Wayback Machine (англ.)
- ↑ Randy Schekman Архивная копия от 30 сентября 2018 на Wayback Machine (англ.)
- ↑ Randy Schekman: A passion for yeast. Дата обращения: 8 октября 2013. Архивировано 12 октября 2013 года.
- ↑ Randy W. Schekman, PhD. Дата обращения: 8 октября 2013. Архивировано 11 октября 2013 года.
- ↑ 10.26.2007 - Ten scientists named fellows of AAAS. Дата обращения: 16 марта 2019. Архивировано 26 января 2021 года.
- ↑ Randy W. Schekman - Gairdner Foundation. Дата обращения: 7 марта 2017. Архивировано 8 марта 2017 года.
- ↑ 2002 Lasker Awards | The Lasker Foundation. Дата обращения: 7 марта 2017. Архивировано 8 марта 2017 года.
- 30 dekabrda doğulanlar
- 1948-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Minnesotada doğulanlar
- Berkli Kaliforniya Universitetinin müəllimləri
- Stenford Universitetinin məzunları
- Los-Anceles Kaliforniya Universitetinin məzunları
- Edinburq Universitetinin məzunları
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Dei Linçei Akademiyasının üzvləri
- London Kral Cəmiyyətinin üzvləri
- Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları
- Rosenstiel mükafatı laureatları
- London Kral Cəmiyyətinin əcnəbi üzvləri
- Əlifba sırasına görə alimlər
- ABŞ bioloqları
- ABŞ yəhudiləri
- Amerikalılar
- Biokimyaçılar
- Fəlsəfə doktorları
- XX əsr bioloqları
- XX əsr həkimləri