Məzmuna keç

Rezo Çxeidze

Vikipediya, azad ensiklopediya
Rezo Çxeidze
gürc. რევაზ ჩხეიძე
Image
Doğum tarixi 8 dekabr 1926(1926-12-08)[1]
Doğum yeri
Vəfat tarixi 3 may 2015(2015-05-03)[1] (88 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti aktyor, kinorejissor, ssenarist, siyasətçi, teatr pedaqoqu[d], film prodüseri, kinematoqraf
Fəaliyyət illəri 1953-cü ildən
Təhsili
Mükafatları "Şərəf" ordeni — 1996 "Şərəf" ordeni — 2001 "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni — 1958 "Şərəf nişanı" ordeni — 1966
SSRİ xalq artisti — 1980 "Lenin" mükafatı — 1986
IMDb ID0158523
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rezo Davidoviç Çxeidze (gürc. რევაზ ჩხეიძე; 8 dekabr 1926[1], Kutaisi – 3 may 2015[1], Tbilisi) — Gürcüstan kinorejissoru, SSRİ Xalq artisti.

Rezo Davidoviç Çxeidze 8 dekabr 1926-cı ildə Kutaisidə anadan olmuşdur.

1943–1946-cı illərdə Çxeidze Şota Rustaveli adına Tbilisi Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. 1953-cü ildə ÜDKİ-nin rejissorluq fakültəsini bitirmişdir. Onun sənət müəllimi Mixail Romm olmuşdur.

1953-cü ildə Çxeidze öz ssenarisi əsasında "Boris Pançadze" sənədli filmini çəkmişdir. 1954-cü ildə Tengiz Abuladze ilə birlikdə iki sənədli film çəkmişdir. 1955-ci ildə "Maqdananın Lurcası" filmini ekranlaşdırmış və 1956-cı ildə bu filmə görə Kann kinofestivalında mükafat almışdır.

Rezo Çxeidze "Əsgər atası" filminə görə Gürcüstanın Lenin komsomolu mükafatına layiq görülmüşdür. 1980-ci ildə SSRİ xalq artisti adını, 1986-cı ildə isə "Sənin oğlun torpaqdır" filminə görə Lenin mükafatını almışdır.

2013-cü ildə "Əsgər atası" filminin yeni texnologiya ilə rəngli bərpa olunmuş variantının Bakıda nümayişi keçirilmiş və rejissor bu mərasimdə şəxsən iştirak etmişdir.[2]

  1. 1 2 3 4 საქართველოს ბიოგრაფიული ლექსიკონი (gürc.). (İstifadə tarixi: 21 mart 2018).
  2. ↑ "Nazir "Əsgər atası"nın rejissoru ilə görüşdü". 5 noyabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2013.
  • İxtiyarqızı, N. "Əsgər atası" 48 il sonra yenidən Bakıda: Gürcü rejissorun filmi rəngli versiyada nümayiş olundu: [Nizami Kino Mərkəzində gürcü rejissoru, SSRİ Xalq artisti Rezo Çxeidzenin] //Mədəniyyət.- 2013.- 22 may.- S. 4.