Məzmuna keç

Universitet

Vikipediya, azad ensiklopediya
Image
Afinada məktəb, Rafael Santi tərəfindən işlənmiş rəsm, XV əsr

Universitet (lat. Universitas – birgəlik, ümumilik) - fndamental və bir çox tətbiqi elmlər üzrə mütəxəssislər hazırlayan ali təhsil müəssisəsi. Həmçinin unversitetlərdə elmi-tədqiqat fəaliyyəti də aparılır.Universitetlərin strukturunda konkret ixtisas üzrə kadr hazırlayan fakültələr və ayrı-ayrı fənalər üzrə müəllimləri birləşdirən kafedralar xüsusi yer tutur.

Antik dövrdə məktəblər

[redaktə | vikimətni redaktə et]
Image
Orta əsrdə universitet auditoriyasını təsvir edən rəsm, 1350

Qədim dövrlərdə ümumi təhsil ancaq elitar qrup nümayəndələrinə fərdi şəkildə atalar və ya şəxsi muəllimlər tərəfindən yerinə yetirilirdi.Məktəb mədəniyyətinin başlanğıcında təsadüf olunan bu hal qədim Misir dövləti üçün xarakterik idi. Dövlətdə baş verən siyasi qarşıdurma nəticəsində onun dağılması əhalinin yazıçı hissəsində şok vəziyyət yaratmışdır. Bu depressiv hal uzun müddət yazılarda özünü göstərmişdir. Yeni dövlətin təşkili zamanı gələcəkdə əhalidə belə bir halın olmaması üçün tədbirlər görülməyə başlamışdır.

İdarə sistemində çalışanların maarifləndirilməsi mərkəzləşdirilir və professionallaşdırılır. Xüsusi evlərdə gələcək məmurlar nəsli sərt qayda və mətnlərə əsasən oyrədilməyə başlanır. Burada məqsəd təhsildə ümumi formanı və Şaha itaətkarlığı əldə etməkdən ibarət idi.

Antik Avropada belə tədris prosesi məlum deyil. Burada təhsil ayrı-ayrı alimlərin təkidi ilə baş verirdi. Bu isə çox vaxt yaxşı qarşılanmırdı. Beləki, Sokrata o vaxt afinalı vətəndaşların uşaqlarından pul alması şəri atılır. Çünki, belə təhsil vermə o dövrün cəmiyyəti üçün hələ normal hal almamışdır. Ancaq sonralar böyük institutlar yaranır və bütün Azov dənizi hövzəsindən gəncləri özünə cəlb edir. Məsələn, Ptolomeyin b.e.ə. 280-ci ildə İsgəndəriyyədə yaratdığı Musey məktəbi o dövrün ən təkmil məktəblərindən idi. Afinada fəaliyyət göstərən fəlsəfə məktəbi də ilk təhsil ocaqaları sırasına aid edilir.

Xalqların köçməsi zamanı antik dövrün bilikləri mesopotamiya akademiyaları olan Edessa, Harran və Pumbaditaya köçürülür. Bu biliklər bazası zaman keçdikcə ərəblərin orta əsrdə yaratdıqları məktəblərdə geniş tətbiq olunurlar. Buraya Kordoba, Toleto, Sirakus, Bağdad, "Dəməşq" və ən əsası bunlardan qabaqda olan Qahirə məktəbini aid etmək olar.

İlk universitetlər

[redaktə | vikimətni redaktə et]

Yarandığı dövrdən fəaliyyət göstərən ən qədim universitet 859-cu ildə Mərakeşin Fəs şəhərində yaranan Əl-Qarauin Universitetidir[1].

Orta əsrdə ali təhsil

[redaktə | vikimətni redaktə et]

Avropada ən qədim Universitet Salernoda XI əsrin birinci yarısında yaradılmış tibb universiteti sayılır. Təxminən 1100-cü ildə Bolonyada (İtaliya) universitet açılır. Əvvəldə məktəb kimi fəaliyyət göstərən bu qurumda öncə Roma hüquq normativləri hazırlanırdı. XII əsrdə bir neçə kilsə məktəbinin bazasında Paris universiteti təşkil olunur. 1167-ci ildən fəaliyyət göstərən Oksford Universitetində tarixə əsasən, müəllim və tələbələr arasında baş verən münaqişədən sonra bir çoxları şimala qaçaraq 1209-cu ildə orada Kembric Universitetini qururlar.

1342-ci ildə Praqada, 1364-cü ildə Krakovda, 1365-ci ildə Vyanada, 1385-ci ildə Haydelberqdə, 1409-cu ildə Laypçiqdə, 1459-cu ildə Bazeldə universitetlər yaranır. Şərqi avropada ilk universitet tipli ali məktəb "Kiyev moqil akademiyası" (1615) sayılır. Rusiyada ilk ali məktəb 1726-cı ildə Peterburqda açlılr.

Müasir dövrdə universitet təhsili

[redaktə | vikimətni redaktə et]
Image
Oksford universitetində elmi dərəcənin verilməsi prosesi

XIX əsrdə Avropada baş verən sənayeləşmə prosesi ərəfəsində yeni məktəblərin, əsasən isə ali texniki məktəblərin açılması vüsət alır. Azərbaycanda ilk universiteti 1919-cu ildə Azərbaycan Xalq Respublikasının rəhbərliyi təşkil edilir. Yeni ali məktəblərin yaradılması prosesi XX əsrdə Rusiya və əhatəsində olan başqa dövlətlərdə sosialist inqilabından sonra daha genişlənir. SSRİ dövründə yüzlərcə yeni ali məktəblər yaradılır. Bu məktəblərin əksəriyyətinə SSRİ dağıldıqdan sonra Uuiversitet status verilir. XX əsrin 90-cı illərinin sonundan başlayaraq dünyada ali təhsil sistemində qarşılıqlı mübadilə və diplomların tanınması prosesini yüngülləşdirmək üçün İtaliyanın Bolonya şəhərində qəbul edilmiş "Bolonya prosesi"nin şərtləri yayılmaqdadır. Bu şərtlərə əsasən müqaviləyə qoşulan dövlətlərin universitetlərində eyni dəyərləndirmə sistemi daxil edilməlidir.

Dünyanın ən yaxşı universitetləri

[redaktə | vikimətni redaktə et]
Image
Lappeenranta Texnologiya Universiteti — Finlandiyada universitet

Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) hər il dünyanın ən yaxşı universitetlərinin siyahısını elan edir. Siyahını ilk onluğunda və liderlikdə olan universitetlərin adları mütəmadi olaraq dəyişir.

Azərbaycanın bir neçə ali məktəbi ilk min ən yaxşı ali məktəb siyahısında yer alır.

Siyahıda Türkiyənin 62 ali təhsil ocağı da yer alıb. Ən yüksək nəticə isə "Hacettepe" universitetinə məxsusdur – 399-cu pillə. İstanbul Universiteti 415-ci, Ankara Universiteti isə 488-ci yerdə qərarlaşıb.

Ən yaxşı 2000 universitetdən 459-u ABŞ-də yerləşir.

Siyahı aşağıdakı kimidir:

  1. "Harvard" universiteti
  2. "Con Hopkins" universiteti
  3. "Toronto" universiteti
  4. "Stanford" universiteti
  5. "Vaşinqton Sitl" universiteti
  6. "Kaliforniya Berkelay" universiteti
  7. "Los-Anceles" universiteti
  8. "Oksford" universiteti
  9. "Miçiqan" universiteti
  10. "Tokyo" universiteti[2]
  1. ↑ The Guinness Book Of Records, Published 1998, ISBN 0-553-57895-2, P.242
  2. ↑ "Arxivlənmiş surət". 4 mart 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2021.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]