Məzmuna keç

Villem de Sitter

Vikipediya, azad ensiklopediya
Villem de Sitter
nid. Willem de Sitter
Image
Doğum tarixi 6 may 1872(1872-05-06)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 20 noyabr 1934(1934-11-20)[1][2][…] (62 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahəsi astronomiya
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Kral Astronomiya Cəmiyyətinin Qızıl medalı — 1931
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Villem de Sitter (nid. Willem de Sitter; 6 may 1872[1][2][…], Frislandiya[d][3][4] – 20 noyabr 1934[1][2][…], Leyden, Cənubi Hollandiya[3][4]) — niderlandlı riyaziyyatçı, fizik və astronom. O, öz adını daşıyan kosmoloji model — "de Sitter kainatı" ilə tanınır.

Həyatı və fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Niderlandın Snek şəhərində anadan olan de Sitter Qroningen Universitetində riyaziyyat üzrə təhsil almış, daha sonra Qroningen astronomiya laboratoriyasına daxil olmuşdur. O, 1897–1899-cu illərdə Cənubi Afrikadakı Keyp Rəsədxanasında çalışmışdır. 1908-ci ildə de Sitter Leyden Universitetinin astronomiya kafedrasına rəhbər təyin edilmiş, 1919-cu ildən ömrünün sonuna qədər isə Leyden Rəsədxanasının direktoru vəzifəsində çalışmışdır.

De Sitter fiziki kosmologiya sahəsinə mühüm töhfələr vermişdir. 1916–1917-ci illərdə o, Albert Eynşteynin nisbilik nəzəriyyəsinin astronomiyanın dərk edilməsinə dair nəticələrini təsvir edən silsilə məqalələr dərc etdirmişdir. Bu elmi işlər Artur Eddinqtonun 1919-cu ildə günəş tutulması zamanı apardığı ölçmə ekspedisiyasına birbaşa ilham mənbəyi olmuşdur.[9]

De Sitter uzun müddət yazışdığı Eynşteyn ilə 1932-ci ildə ortaq məqalə çap etdirmişdir. Bu məqalədə müəlliflər kosmoloji məlumatların kainatın əyriliyi üçün əhəmiyyətini müzakirə etmiş, məkanı "parçaya" bənzətmişlər.[10][11] O, həmçinin Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin maddəsiz və müsbət kosmoloji sabiti olan həlli — "de Sitter fəzası" və "de Sitter kainatı" konsepsiyasını irəli sürmüşdür. Bu model eksponent olaraq genişlənən boş kainatı təsvir edir.

Bundan əlavə, de Sitter Yupiterin peyklərinin hərəkəti ilə bağlı tədqiqatları ilə də tanınmış və 1931-ci ildə Kral Astronomiya Cəmiyyətində Corc Darvin mühazirəsini oxumağa dəvət edilmişdir.[12] Onun tədqiqatları relyativistik kosmologiya sahəsindəki araşdırmalara təkan vermişdir.[13]

Vilem de Sitter 1934-cü ilin noyabrında qısamüddətli xəstəlikdən sonra vəfat etmişdir.[14][15][16]

  1. 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi. (İstifadə tarixi: 22 avqust 2017).
  2. 1 2 3 4 Willem de Sitter (ing.). // KNAW Past Members. (İstifadə tarixi: 9 oktyabr 2017).
  3. 1 2 3 4 5 Catalogus Professorum Academiae Groninganae. (İstifadə tarixi: 12 noyabr 2019).
  4. 1 2 3 4 Store norske leksikon (buk.). ISSN 2464-1480. (İstifadə tarixi: 18 oktyabr 2026).
  5. ↑ Google Books (çd.). S. 266.
  6. ↑ Leidse Hoogleraren (nid.). (İstifadə tarixi: 19 iyun 2019).
  7. ↑ Maktutor riyaziyyat tarixi arxivi.
  8. ↑ Riyazi genealogiya layihəsi (ing.).
  9. ↑ "Willem de Sitter Dutch mathematician and astronomer". Britannica. 2 may 2025. 22 may 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2025.
  10. ↑ Guichelaar, Jan. De Sitter. Springer Biographies Ser. Cham: Springer. 2018. ISBN 978-3-319-98336-3.
  11. ↑ "The 1975 discovery of long-lost letters between Albert Einstein and the astronomer Willem de Sitter". Nature (ingilis). 7 oktyabr 2025. doi:10.1038/d41586-025-02978-w. ISSN 0028-0836. 17 oktyabr 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2026.
  12. ↑ de Sitter, Willem. "Jupiter's Galilean satellites (George Darwin Lecture)". Monthly Notices of the Royal Astronomical Society. 91. 1931: 706–738. Bibcode:1931MNRAS..91..706D. doi:10.1093/mnras/91.7.706.
  13. ↑ Realdi, Matteo; Peruzzi, Giulio. "Einstein, de Sitter and the beginning of relativistic cosmology in 1917". General Relativity and Gravitation (ingilis). 41 (2). 2009: 225–247. doi:10.1007/s10714-008-0664-y. ISSN 0001-7701.
  14. ↑ Obituary Notes of Astronomers Arxiv surəti 23 iyul 2013 tarixindən Wayback Machine saytında at www.astro.uni-bonn.de
  15. ↑ 1947BAN....10..287D Page 287 Arxiv surəti 16 dekabr 2019 tarixindən Wayback Machine saytında at articles.adsabs.harvard.edu
  16. ↑ Adriaan, Blaauw. "My Cruise Through the World of Astronomy". Annual Review of Astronomy and Astrophysics. 42 (1). 2004: 1–37. Bibcode:2004ARA&A..42....1B. doi:10.1146/annurev.astro.42.053102.134020.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]