Pale-Royal
| Pale-Royal | |
|---|---|
| Palais-Royal | |
| | |
| |
| Ümumi məlumatlar | |
| Memarlıq üslubu | klassik memarlıq[d] |
| Ölkə | |
| Koordinatlar | 48°51′48″ şm. e. 2°20′13″ ş. u.HGYO |
| Digər məlumatlar | |
| domaine-palais-royal.fr | |
Pale-Royal (fr. Palais Royal, hərf. "kral sarayı") — Parisdə, Luvr sarayının şimal cinahı ilə üzbəüz yerləşən meydan, saray və park kompleksi.
Tarixi
[redaktə | vikimətni redaktə et]Meydanda ucalan saray ilkin olaraq Jak Lemersyenin layihəsi əsasında kardinal Rişelyö üçün inşa edilmiş və başlanğıcda Kardinal sarayı adlandırılmışdır. Rişelyönun vəfatından sonra sarayı dul kraliça Avstriyalı Anna azyaşlı XIV Lüdovik ilə birlikdə tutmuş, daha sonra isə burada kardinal Mazarini məskunlaşmışdır. Sonrakı illərdə "Günəş kral" sarayın fligellərindən birində öz məşuqəsi hersoginya de Lavalyeri yerləşdirmiş, həmin madam burada kralın nikahdankənar iki oğlan övladını dünyaya gətirmişdir.
XIV Lüdovik və onun xələflərinin dövründə saray Orlean hersoqlarının şəhər iqamətgahı kimi fəaliyyət göstərmişdir. XV Lüdovikin azyaşlı olduğu illərdə şahzadə-regent II Filipp bütün Fransanın idarəçiliyini məhz buradan həyata keçirmişdir. 1667-ci ildən 1725-ci ilə qədər Pale-Royalda tarixdə ilk bədii sərgilər təşkil olunmuşdur.
XVIII əsrin əvvəllərində saray mənzilləri o dövrdə yenicə dəbə düşən rokoko üslubunda yenilənmişdir. Bu daxili tərtibat yanğın zamanı məhv olmuş, daha sonra isə bu kompleksdə Viktor Luinin layihəsi əsasında iki yeni teatr binası inşa edilmişdir. Bunlardan birincisi 23 oktyabr 1784-cü il tarixində açılışı olan kiçik kukla teatrı, ikincisi isə Rişelyö zalını tutan və sonradan "Komedi Fransez"in yerləşdiyi bina olmuşdur. Kompleksdə bundan əvvəl mövcud olmuş Pale-Royal teatrı isə, Londonun "Qlobus" teatrı Şekspirin yaradıcılığı ilə nə qədər bağlı idisə, Molyerin həyatı və yaradıcılığı ilə bir o qədər sıx bağlı olmuşdur.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ base Mérimée (fr.). ministère de la Culture.
