Məzmuna keç

Amerika qısa tüklü pişiyi

Vikipediya, azad ensiklopediya

Amerika qısa tüklü pişiyi (ing. American Shorthair) — Avropadan Şimali Amerikaya gələn ilk mühacirlərin gəmilərdəki dəyərli yükləri siçan və siçovullardan qorumaq üçün gətirdikləri pişiklərdən törəmiş ev pişiyi növü.[1] "Cat Fanciers' Association" (CFA) məlumatına görə, 2020-ci ildə dünyada ən populyar pişik növləri arasında səkkizinci yeri tutmuşdur.[2]

Xüsusiyyətlər

[redaktə | vikimətni redaktə et]

Orta və iri ölçülü bir pişik növüdür. Erkəklərin çəkisi 5–7 kq, dişilərin çəkisi isə 2.75–5.5 kq arasında dəyişir.[3] Başı böyük və uzunsovdur, qulaqları orta ölçülü və yumru uclu, gözləri böyük və genişdir. Boynu orta uzunluqda və əzələlidir. Ayaqları orta uzunluqda və əzələli, quyruğu isə orta uzunluqdadır.[4] 80-dən çox müxtəlif rəng və naxışda tanınır.

  1. Stephens, Gloria; Yamazaki, Tetsu. Legacy of the Cat (2nd). San Francisco: Chronicle Books. 2001. səh. 49. ISBN 0-8118-2910-3.
  2. "The Cat Fanciers' Association Announces Most Popular Breeds for 2020". The Cat Fanciers' Association. 25 fevral 2021. 23 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2022.
  3. "American Shorthair". Cat Fanciers' Association. 2 yanvar 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2024.
  4. "American Shorthair Standard" (PDF). Cat Fanciers' Association. 8 dekabr 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 yanvar 2024.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]