Salman Rüşdi
| Salman Rüşdi | |
|---|---|
| kəşm. سلمان رُشدی | |
| | |
| Doğum adı | احمد سلمان رُشدی |
| Doğum tarixi | 19 iyun 1947[1][2][…] (78 yaş) |
| Doğum yeri | |
| Təhsili | |
| Fəaliyyəti | yazıçı, romançı, esseist, ssenarist, uşaq ədəbiyyatı yazıçısı, aktyor, müəllif |
| Fəaliyyət illəri | 1975-ci ildən |
| Əsərlərinin dili | Urdu dili, ingilis dili, Kəşmir dili |
| Janr | magik realizm |
| Üzvlüyü |
|
| Mükafatları |
|
| salmanrushdie.com | |
Salman Rüşdi (19 iyun 1947[1][2][…], Bombey, Britaniya Hindistanı[3]) — hind əsilli ingilis yazıçısı, 1981-ci ildə Buker mükafatı laureatı.
Rüşdinin Fandom saytında hesabı var, lakin İstifadə Şərtlərini pozduğuna görə həmişəlik dayandırılıb.
Həyatı
[redaktə | vikimətni redaktə et]Salman Rüşdi 1947-ci ildə Bombeydə biznesmen ailəsində anadan olub. 1961-ci ildə təhsil almaq üçün İngiltərəyə yollanıb. 1964-cü ildə Böyük Britaniya vətəndaşlığını alıb. Kembric Universitetinin tarix fakültəsini bitirib.
Yaradıcılığı
[redaktə | vikimətni redaktə et]İlk əsəri 1975-ci ildə yazdığı "Qrimus" romanıdır. 1981-ci ildə yazdığı "Gecəyarısı uşaqları" əsəri Le Monde tərəfindən XX əsrin 100 kitabı siyahısına daxil edilmişdir.
1988-ci ildə yazdığı Qurandan bəhs edən "Şeytanın ayələri" kitabı müsəlman dünyasında qəzəblə qarşılanıb. Kitab Hindistan və Cənubi Afrika Respublikasında qadağan edilib. 1989-cu ildə Ayətullah Xomeyni yazıçının ölümünə fətva verib.
16 iyun 2007-ci ildə II Elizabet Salman Rüşdini cəngavər tituluna layiq görüb. 26 iyun 2008-ci ildə Londonda Bukingem sarayında II Elizabet şəxsən cəngavər titulunu Salman Rüşdiyə təqdim edib.
Əsərlərinin siyahısı
[redaktə | vikimətni redaktə et]- Qrimus (1975)[4]
- Gecəyarısı uşaqları (1981)
- Utanc (1983)
- Yaquar gülüşü (1987)
- Şeytan ayələri (1988)
- Harun və Hekayələr dənizi (1990)
- Güzgü işi
- Xəyali vətənlər (1991)
- Oz sehrbazı (1992)
- Şərq, Qərb (1994)
- Qəzəb (2001)
- Təlxək Şalimar (2005)
- Florensiyanın sehrbazı (2008)
- Luka və həyat atəşi (2010)
- Cozef Anton- Xatirə (2012)
- İki il səkkiz ay iyirmi səkkiz gecə (2015)
- Qızılı ev (2017)
- Kixot (2019)
- Kurt Vonnequtun "Sallaqxana-beş"i indi bizə nə deyir?
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 Sir Salman Rushdie // Encyclopædia Britannica (ing.).
- 1 2 Salman Rushdie // Internet Speculative Fiction Database (ing.). 1995.
- 1 2 Deutsche Nationalbibliothek Record #118873520 // Gemeinsame Normdatei (alm.). 2012—2016.
- ↑ "www.salmanrushdie.com/books". 14 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2022.
- 19 iyunda doğulanlar
- 1947-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Mumbayda doğulanlar
- Kembric Kral Kollecinin məzunları
- Kral Ədəbiyyat Cəmiyyətinin üzvləri
- "PEN America" yazıçılar birliyinin üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Cəngavər bakalavrları
- "İncəsənət və ədəbiyyat" ordeni komandorları
- Əlifba sırasına görə yazıçı və şairlər
- Hindistanda doğulanlar
- Siyasi mühacirlər
- Kişi feministlər
- Fətvalar
- XX əsrin Britaniya romançıları
- ABŞ vətəndaşlıq hüququnu almış şəxslər
- Müsəlmanlar
- ABŞ ateistləri
- Sui-qəsd qurbanları