Məzmuna keç

Teymuri intibahı

Vikipediya, azad ensiklopediya
Image
Herat məscidi. Əfqanıstan

Teymuri İntibahı — Asiya və İslam tarixində İslamın qızıl dövründən sonrakı, XIV əsrin sonlarından XVI əsrin əvvəllərinə qədər davam edən bir dövr idi və bu dövrdə Teymuri İmperiyası hakimiyyəti altında, incəsənət və elmin dirçəlişi müşahidə olunmuşdur. Bu hərəkat müsəlman dünyasına yayılmışdır.[1]

Teymuri İntibahı Avropa İntibahından bir qədər əvvəl baş vermişdir.[2][3] Bəziləri tərəfindən onun şöhrəti İtaliya Kvattroçentosuna bərabər şəkildə təsvir edilmişdir. Teymuri İntibahı XV əsrdə, monqol işğalları və fəthlərinin bitməsindən sonra zirvə nöqtəsinə çatmışdır.[4]

İslam ideallarına əsaslanan[5] Teymuri İntibahı Səmərqəndin yenidən qurulmasını, Əmir Teymur tərəfindən Teymur şahmatının ixtirasını, İtaliya İntibahının Florensiyası[6][7] ilə rəqabət aparacaq gücdə olan Heratda Şahrux və onun həyat yoldaşı Gövhər Şadın hakimiyyətini, astronom və riyaziyyatçı Uluqbəyin digər polimatlar və İslam alimləri ilə birlikdəki dövrünü və Sultan Hüseyn Bayqara tərəfindən tədris mərkəzlərinin yaradılmasını əhatə edir.[8]

  1. Subtelny, Maria Eva. "Socioeconomic Bases of Cultural Patronage under the Later Timurids". International Journal of Middle East Studies. 20 (4). noyabr 1988: 479–505. doi:10.1017/S0020743800053861. İstifadə tarixi: 7 noyabr 2016.
  2. The Connoisseur — Volume 219 — Page 128
  3. Europe in the second millenium: a hegemony achieved? — Page 58
  4. Ruggiero, Guido. A Companion to the Worlds of the Renaissance, Guido Ruggiero. John Wiley & Sons. 15 aprel 2008. ISBN 9780470751619. 8 noyabr 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2016.
  5. World History as the History of Foundations, 3000 BCE to 1500 CE By Michael Borgolte, page 293
  6. Periods of World History: A Latin American Perspective — Page 129
  7. The Empire of the Steppes: A History of Central Asia — Page 465
  8. Timurids // The Columbia Encyclopedia (Sixth). New York City: Columbia University. 5 dekabr 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2006.