Məzmuna keç

Vikipediya:Həftənin yaxşı məqaləsi/21. Həftə 2026

Vikipediya, azad ensiklopediya
Image
Azərbaycan Yüksək Dəstəsi 2002/2003 — futbol üzrə Azərbaycan Yüksək Dəstəsinin keçirilməsi planlaşdırılmış, lakin baş tutmamış mövsümü. Sayca 12-ci mövsüm olmağına baxmayaraq, keçirilməmiş olduğu üçün 12-ci mövsüm 2003/2004 mövsümü hesab edilir. Bu mövsüm müstəqil Azərbaycanın futbol tarixində ən qalmaqallı və mürəkkəb dövrlərdən biri kimi yadda qalmışdır. Mövsümün ləğv edilməsi ilə nəticələnən böhran ölkə futbolunu 400 gün ərzində iflic vəziyyətinə salmış, Azərbaycan klubları ardıcıl ikinci dəfə UEFA turnirlərindən kənarda qalmışdır.

AFFA-nın fəaliyyəti ətrafında illər boyu davam edən mübahisələr, xüsusilə də qurumun prezidenti Fuad Musayevin siyasəti əksər klubların ciddi narazılığına səbəb olmuşdur. "Neftçi", "Turan" və "Şəfa" ilə bağlı qalmaqallar, mübahisəli hakimlik qərarları, eləcə də federasiyanın "Şəfa" klubuna açıq himayədarlığı futbol ictimaiyyətində güclü etiraz dalğası yaratmışdır. (Davamı...)