Məzmuna keç

Aleksandr fon Humboldt Fondu

Vikipediya, azad ensiklopediya

Aleksandr fon Humboldt Fondu (alm. Alexander von Humboldt-Stiftung) - Almaniya federal hökuməti tərəfindən təsis edilmiş və Almaniya Xarici işlər nazirliyi, Təhsil və tədqiqatlar nazirliyi, İqtisadi əməkdaşlıq və inkişaf, habelə digər milli və beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilrən fond.

Hər il Fond müsabiqə ilə təbiət elmləri (riyaziyyat da daxildir) və humanitar sahə üzrə 700 tədqiqat mövzusu təsdiq edir[1]. Bu təqaüdlərə Humboldt professorları və Sofya Kovalevskaya adına mükafat kimi tanınmış mükafatlar daxildir. Almaniyada Humboldt Fondu mükafatları çox nüfuzlu hesab edilir, bu siyahıya 130 ölkədən 26 000 laureat, o cümlədən 50 Nobel mükafatçısı daxildir.[2].

  1. "Alexander von Humboldt-Foundation - Statistical Trends". 16 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2014.
  2. "Arxivlənmiş surət". 1 dekabr 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2014.