Rasim Balayev
| Rasim Balayev | |
|---|---|
| Balayev 2023-cü ildə | |
| 31 may 2022 – 29 mart 2026 | |
| Əvvəlki | Rüstəm İbrahimbəyov |
| 1990 – 18 yanvar 2013 | |
| Sədr | Rüstəm İbrahimbəyov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 8 avqust 1948 |
| Doğum yeri | |
| Vəfat tarixi | 29 mart 2026[1] (77 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Partiya |
|
| Təhsili | |
| Fəaliyyəti | aktyor, teatr aktyoru, səsləndirmə aktyoru[d] |
| Uşağı | 2 |
|
|
|
| Təltifləri |
|
Rasim Balayev (8 avqust 1948, Ağsu – 29 mart 2026[1], İstanbul) — Azərbaycan kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı lauratı (1986), Prezident təqaüdçüsü, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri (2022–2026) və keçmiş katibi (1990–2013).
Həyatı və karyerası
[redaktə | vikimətni redaktə et]Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1965-ci ildə Ağsuda orta məktəbi bitirmişdir. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı "Nəsimi"[2], "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanmışdır.[3] "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışmışdır.[4] Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynamışdır. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilmişdir.
1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər[5][6][7] Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olmuşdur. 31 may 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilmişdir[8].
Şəxsi həyatı və ölümü
[redaktə | vikimətni redaktə et]O, əmisi qızı ilə evlənmişdir və onların iki oğlu olmuşdur.[9]
O, İlham Əliyevi dəstəkləyirdi. Balayev 2023-cü ilin avqust ayında prezident İlham Əliyevi İkinci Qarabağ müharibəsi zamanı azad olunmuş Qarabağ torpaqlarına görə "əsl Babək" adlandırmışdır.[10] Balayev 2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəkləmişdir.[11] O, açıqlamasında Əliyevin "ömrünün axırına kimi" prezident seçiləcəyini qeyd etmişdir.[12]
O, ağciyər xərçəngi və yüksək şəkər səbəbilə bir müddət idi ki, müalicə alırdı, lakin xəstəliyin şiddətlənməsi səbəbindən 29 mart 2026-cı ildə İstanbulda müalicə aldığı xəstəxanada vəfat etmişdir.[13][14] Martın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən vida mərasimindən sonra Birinci Fəxri Xiyabanda dəfn edilmişdir.[15]
Mükafatları
[redaktə | vikimətni redaktə et]- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 dekabr 1976
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982
- Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1986 ("Atları yəhərləyin" bədii filmində Səlim bəy roluna görə)
- "Şöhrət" ordeni — 7 avqust 1998[16]
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1 aprel 2005-ci ildən[17]
- "Şərəf" ordeni — 1 avqust 2018[18]
- Cəfər Cabbarlı mükafatı — 28 oktyabr 2019[19]
- "İstiqlal" ordeni — 7 avqust 2023[20]
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2 fevral 2024
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) — film səsləndirən: Eldar Əliyev(Rəşid Behbudov)
- 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) — rol: Hakim
- Ad günü (film, 1977) (tammetrajlı bədii film)-filmi səsləndirən: Nazim (Fuad Poladov)
- Adı Günəşlidir... (film, 1992) (qısametrajlı sənədli süjet-Mozalan № 162)
- Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) — film səsləndirən: Cahid (Rafiq Əliyev)
- Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-filmi səsləndirən: Əbdül dayı (Yaşar Nuri)
- "Ağ-qara" gecələr (film, 2013)
- Akademik Yusif Məmmədəliyev (film, 2005)
- Akt və fakt (film, 1978)
- Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: mühəndis Məmməd Rüstəmov
- Alovlu yollar (1977-1984, Özbəkfilm)
- Arayış (film, 1986)
- Arxadan vurulan zərbə (film, 1977) — rol: Cəbi
- Astarı üzündən baha (film, 1986)
- Aşkarsızlıq şəraitində... (film, 1986) — film səsləndirən: Məmmədov (Çingiz Şərifov)
- Avtoqraf (film, 1986)
- Azərbaycan naminə! (film, 2004)
- Babək (film, 1979) — rol: Babək əl-Xürrəmi
- Bağ mövsümü (film, 1985) — film səsləndirən: Kələntər (Hacımurad Yegizarov)
- Bağışla, gələ bilmədim (film, 2015)
- Bağlı qapılar (film, 1986)
- Bəhanə (film, 1991)
- Bakı Mən Səni Sevirəm kinoalmanaxı Bəhram Gur (film, 2015) (qısametrajlı bədii film)
- Bəhrə (film, 1984)
- Bəhri-təhvil (film, 1979)
- Bəxtəvər (film, 1984)
- Bəxtiyar Vahabzadə (film, 2003)
- Bəyaz həyat (film, 2003)
- Bəyin oğurlanması (film, 1985) — film səsləndirən: Elxan(Fizuli Hüseynov)
- Bir ailəlik bağ evi (film, 1978) — rol: Əli
- Bir ovuc torpaq (2013)
- Birisigün, gecəyarısı... (film, 1981) — rol: İsrafil bəy
- Biz deməkdən yorulduq... (film, 1991)
- Biz qayıdacağıq (film, 2007) — film səsləndirən: Müəllim (İlham Əsgərov)
- Bizim küçənin oğlanları (film, 1973) — film səsləndirən: İbrahim (Şahmar Ələkbərov)
- Böyük ömrün davamı (film, 2007)
- Brakonyer, yoxsa balıqçı? (film, 1991)
- Bumeranq (film, 1982)
- Burulğan (film, 1986) — film səsləndirən: Murad (Məmməd Məmmədov)
- Cavid ömrü (film, 2007) — rol: Hüseyn Cavid;film səsləndirən: Cavidin gəncliyi (İman Məcidov)
- Cəza (film, 1986)
- Cin mikrorayonda (film, 1985) — rol: Əli;film səsləndirən: Rüstəm (Ötkəm İsgəndərov);mahnı ifa edən
- Cümhuriyyətin 9 şəkli (film, 2018)
- Dağ novellası (film, 1979) — rol: Bəyxan
- Dağıdılmış körpülər (film, 1996) — rol: taksi sürücüsü
- Dairə (film, 1985)
- Dairə (film, 1989) — film səsləndirən: Milis rəisi (Tariyel Qasımov)
- Dama dama... (film, 1986)
- De ki, məni sevirsən! (film, 1977) — film səsləndirən: Müstəntiq (Natiq Rəsulzadə)
- Dədə Qorqud (film, 1975) — rol: Beyrək
- Dəyirman öz işindədir... (film, 1990)
- Diaqnoz (film, 1991)
- Dirsə xanın oğlu Buğacın boyu (film, 2000)
- Doğma sahillər (film, 1989) — rol: Polkovnik Həbibi
- Dolayı yollar (film, 1986)
- Dronqo (serial, 2002) — rol: Kazımov
- Etiraf (film, 1992) — rol: Qabil
- Əlamət (film, 1982) — film səsləndirən: Direktor (Tələt Rəhmanov)
- Əlavə iz (film, 1981) — rol: Nazim
- Əlavə təsir (film, 2010) — film səsləndirən: kimyaçı Həbib Rüstəmov (Məhərrəm Musayev)
- Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
- Əzablı yollar (film, 1982) — film səsləndirən: Məlikməmməd (Ötkəm İsgəndərov)
- Əlvida, Şmidt! (film, 2019) — rol: Polis mayoru
- Fədakar (film, 2015) — rol: Əli Qarayev
- Fənd (film, 1978)
- Firəngiz (film, 1975) — rol: Murad
- Foto həvəskarı (film, 1985)
- Gəlinlərin qiyamı (film, 1985) (dublyaj)
- Girişmə, öldürər! (film, 1990) — rol: Kapitan Rasim
- Gözlə məni (film, 1980) — rol: Nicat
- Günaydın, mələyim! (film, 2008) — film səsləndirən: Fuad (Fuad Poladov)
- "Hacı Mail" nağılı... (film, 2005)
- Haqqın dərgahı (film, 1991) — Mətni oxuyan
- Haqlı narazılıq (film, 1988)
- Haram tikə (film, 1986)
- Heyvandarların gileyi (film, 1991)
- Həm ziyarət, həm ticarət... (film, 1995) — rol: Davud
- Xırdavat (film, 1982)
- Xoşbəxtlik qayğıları (film, 1976) — rol: Sənan
- İgidlik rəmzi (film, 1992)
- İlıq dənizdə buz parçası (film, 1983) — rol: Məmməd
- İstintaq (film, 1979)
- İşarəni dənizdən gözləyin (film, 1986)
- İşgüzar adamlar (film, 1977)
- İthaf (film, 1990) — Kadrarxası mətn
- Kimə inanaq? (film, 1990)
- Kinorejissor Həsən Seyidbəyli (film, 2002)
- Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003) — film səsləndirən: Dədə Qorqud
- Köhnə bərə (film, 1984) — rol: Səlman;film səsləndirən: Eldar (Fəxrəddin Manafov)
- ...Könüldən iraq (film, 1982)
- Küçələrə su səpmişəm (film, 2004) — rol: Bəhmən
- Qala (film, 2008) — rol: Soltan kişi
- Qanlı zəmi (film, 1985) — rol: Səlim bəy
- Qara "Volqa" (film, 1994) — rol: Cavanşirov
- Qara gölün cəngavərləri (film, 1984) — film səsləndirən: Fəttahov (Hacımurad Yagizarov)
- Qaranlıqlar çiçəyi (teleserial, 2011) — rol: Bəhruz
- Qatır Məmməd (film, 1974) — rol: Əziz
- Qeyri-adi ov (film, 1974) — rol: Müəllim
- Qisas günü (film, 1993)
- Qoca palıdın nağılı (film, 1984) — rol: İdrisov
- Qocalar, qocalar... (film, 1982) — rol: Davud
- Qonşuya ümid olan... (film, 1990)
- Qoy dolanaq... (film, 1972)
- Qunduzdan söhbət açaq (film, 1976)
- Quq-qulu-qu (film, 1992)
- Lətifə (film, 1989) — rol: Rəhimov
- Mən mahnı qoşuram (film, 1979) — film səsləndirən: Sədr (Eldəniz Zeynalov)
- Mənim ağ şəhərim (film, 1993) — film səsləndirən: mafiya başçısı (Eldar Quliyev)
- Məsuliyyətsizlik (film, 1991)
- Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980)
- Min birinci söz (film, 1997)
- Molla İbrahimxəlil kimyagərin nəvələri (film, 1974)
- "Mozalan"ın izi ilə (film, 1982)
- Nankorluq (film, 1982)
- Nankorluq (film, 1986)
- Narahat adam (film, 2005) — Mətni oxuyan(Azərbaycan variantı)
- Nə gözəldir bu dünya... (film, 1999) — rol: Mirzəyev
- Nəsimi (film, 1973) — rol: İmadəddin Nəsimi
- Nəticə (film, 1986) (II)
- Nəticə (film, 1986) (III)
- Nəticə (film, 1986) (IV)
- Nəticə (film, 1991)
- Nizami (film, 1982) — film səsləndirən: Nizami (Müslüm Maqomayev)
- O yox, bu yox, tələb çox (film, 1991)
- Olan yerdən umarlar (film, 1991)
- Otel otağı (film, 1998) — rol: Sədiyar
- Ovsunçu (film, 2002) — Kadrarxası mətn
- Ölsəm... bağışla (film, 1989) — Tərcüməni səsləndirən
- Ömrün ilk saatı (film, 1973) — rol: Azər
- Ömrün səhifələri (film, 1974) — Meyxana deyən (Rəqiblər)(titrlərdə yoxdur)
- Özgə ömür (film, 1987) — film səsləndirən: Müstəntiq (Məbud Məhərrəmov)
- Park (film, 1983) — film səsləndirən: Dost (Mikayıl Kərimov)
- Perspektivsiz tikinti (film, 1991)
- Proloq (film, 1986)
- Reyd (film, 1985)
- Rənglərdə yaşayan kino (veriliş, 2009)
- Salur Qazanın evi talandığı boy (film, 2001)
- Seminariya (film, 2002)
- Sən həmişə mənimləsən (film, 1987)
- Səni axtarırıq... (film, 2013)
- Sizdən hərəkət... (film, 1992)
- Super ağcaqanad (film, 1981)
- Suya səyahət (film, 1996) — Aparıcı
- Sübhün səfiri (film, 2012) — rol: Mirzə Fətəli Axundzadə
- Şahid qız (film, 1990) — rol: Nazir
- Şeytan göz qabağında (film, 1987) — rol: Nəzərov
- Şollerin arxivi (film, 2018) (səsləndirmə)
- Təhlükə astanaları (film, 1986)
- Təxribat (film, 1989) — rol: Həsənov
- Tələ (film, 1990) — rol: Ziya Qasımoviç
- Tənha narın nağılı (film, 1984) — rol: Yaqub
- Tərsinə çevrilən dünya (film, 2011) — rol: Məmməd Əliyev
- Təzə evlənənlər üçün çətir (film, 1986) (dublyaj; rol: Dmitri Kraskov)
- Toral və Zəri (film, 1979) — film səsləndirən: Toral
- Toxunma, partlayar! (film, 1982)
- Tütək səsi (film, 1975) — film səsləndirən: Nuru (Ötkəm İsgəndərov)
- Ulduzlar sönmür (film, 1971) — rol: Sultanov
- Uşaq aləmi (film, 1986)
- Üstü bəzək... (film, 1990)
- Üzeyir ömrü (film, 1981) — film səsləndirən: Üzeyir Hacıbəyov (Hüseynağa Atakişiyev)
- Varlığa nə darlıq (film, 1990)
- Ver verim (film, 1974)
- Vulkana doğru (film, 1977) — rol: Tahir
- Yağışlı havalarda (film, 1982)
- Yaxşı qurtardıq (film, 1985)
- Yaramaz (film, 1988) — rol: Nazir köməkçisi
- Yarasa (film, 1995) — rol: Ağabəy
- Yardımsız yardımçı təsərrüfatlar (film, 1991)
- Yazmaqla düzəlsəydi... (film, 1986)
- Yük (film, 1995) — film səsləndirən: Şeir deyən ziyalı
- Zirzəmi (film, 1990) — rol: Ayaz
- Ana və poçtalyon (2020)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 Rasim Balayev vəfat etdi. Qafqazinfo.
- ↑ "Aydın Dadaşov. "Bizim kino". Həsən Seyidbəylinin "Nəsimi" filmi haqqında. 16.01.2016". 13 iyul 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276–277.
- ↑ "Rasim Balayev istefa verdi: «Ziyalının borcu möhtərəm prezidentin yanında olmaqdır»". 7 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2022.
- ↑ "Rasim Balayev istefa verib". 15 mart 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 yanvar 2014.
- ↑ "Rasim Balayevin Kinematoqrafçılar İttifaqından çıxması barədə bəyanat yayılıb". 7 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2022.
- ↑ N.Pir. "Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib". APA. 31.05.2022. 2022-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- ↑ "Həbsxanadan keçən ömür yolu - Rasim Balayevin HƏYAT HEKAYƏSİ".
- ↑ "Rasim Balayev Prezident İlham Əliyevə: "Əsl Babək Sizsiniz!"". Report İnformasiya Agentliyi. 8 avqust 2023. 10 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2023.
- ↑ \"İlham Əliyevin alternativi yoxdur\" - Rasim Balayev
- ↑ "Rasim Balayev: "İlham Əliyev ömrünün axırına kimi prezident seçiləcək"". 22 dekabr 2023.
- ↑ "Rasim Balayev vəfat etdi". Oxu.az. 29 mart 2026. İstifadə tarixi: 29 mart 2026.
- ↑ "Xalq artisti Rasim Balayev vəfat edib". medeniyyet.info.az. 29 mart 2026. İstifadə tarixi: 30 mart 2026.
- ↑ Pir, Nihat. "Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB-3". Report.az (az.). 30 mart 2026. İstifadə tarixi: 30 mart 2026.
- ↑ "R. Ə. Balayevin «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 7 avqust 1998. 25 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2019.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 1 aprel 2005. İstifadə tarixi: 7 avqust 2023.
- ↑ President.Az. "Azərbaycanın kino xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". President.az. 01.08.2018. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-01.
- ↑ Art Kaspi. "Cəfər Cabbarlı Mükafatı – 2019". Artkaspi.az. 10.10.2019. 2019-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
- ↑ "R.Ə.Balayevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 7 avqust 2023. 7 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2023.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 34.
- Eldəniz Quliyev, Canalı Mirzəliyev. Rasim Balayev. Bakı: 1999.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
- "Nəsimidən Cavidə uzanan yol". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 12–13.
- T. Məhərrəmova. "Həyatın özü qədər real olmaq lazımdır" //Odlar yurdu.- London, 2008, dekabr.- № 002.- səh. 16.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 8 avqustda doğulanlar
- 1948-ci ildə doğulanlar
- Ağsuda doğulanlar
- 29 martda vəfat edənlər
- 2026-cı ildə vəfat edənlər
- 77 yaşında vəfat edənlər
- Son bir ildə vəfat etmiş şəxslər
- İstanbulda vəfat edənlər
- Birinci Fəxri xiyabanda dəfn olunanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları
- Azərbaycan SSR xalq artistləri
- Azərbaycan SSR əməkdar artistləri
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- "İstiqlal" ordeni ilə təltif edilənlər
- "Şərəf" ordeni ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan aktyorları
- Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrləri
- Azərbaycan kommunistləri
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri
- SSRİ aktyorları
- XX əsr aktyorları
- XXI əsr Azərbaycan aktyorları