Nyu-York — Nyu-York ştatında yerləşən Amerika Birləşmiş Ştatlarının əhalisinin sayına görə ən böyük şəhəri. Şəhərin ərazisi 778,2 km², əhalisi isə 2020-ci ilin siyahıyaalması ilə 8.804.190 nəfərdir. Nyu-York ştatının cənubunda yerləşən şəhər Nyu-York aqlomerasiya regionunun mərkəzidir, həmçinin ərazisinə görə dünyanın ən böyük aqlomerasiya regionudur. 2020-ci ilin statistikasına əsasən şəhər 20 milyondan çox əhali ilə həm də dünyanın ən sıx məskunlaşılan meqapolislərindən biridir. Nyu-York dünyanın mədəni, maliyyə və media mərkəzi kimi təsvir edilmişdir və ticarət, əyləncə, tədqiqat, texnologiya, təhsil, siyasət, turizm, yemək, incəsənət, dəb və idman sahələrində yer alır. Dünyanın ən çox fotoşəkil çəkilən şəhəridir. Birləşmiş Millətlər Təşkilatının Baş Qərərgahının yerləşdiyi Nyu-York beynəlxalq diplomatiya mərkəzlərindən biri və qlobal investorlar üçün etibarlı sığınacaqdır. Nyu-York bəzən dünyanın paytaxtı kimi təsvir edilir.
1918-ci ilin oktyabrında Britaniyanın dəstəklədiyi ərəb üsyanı zamanı Haşimi əmiri I Feysəlin rəhbərliyi altındakı ərəb qüvvələri Osmanlı imperiyasına qarşı mübarizə çərçivəsində Dəməşqi ələ keçirmişdir. Bundan sonra Feysəl müttəfiq hərbi işğal administrasiyasının "OETA East" adlandırılan idarə sistemi çərçivəsində, əvvəlcədən mövcud olmuş İngiltərə–Fransa modusuna uyğun şəkildə hökumət formalaşdırmışdır.
(Davamı...)
Həftəninseçilmişsiyahısı
Ronald Reyqanın filmoqrafiyası — 28 illik aktyorluq karyerası (1937-ci ildən 1965-ci ilə qədər) boyunca çəkildiyi filmlər və televiziya işləri daxildir. Onun radio, kino və televiziya sahəsində karyerası 33 il davam edib. Ronald Reyqan İkinci Dünya müharibəsi zamanı ABŞ Hərbi Hava Qüvvələrində xidmət edib və burada müxtəlif müharibə mövzulu filmlərin yaradılmasında iştirak edib. 1947-1959-cu illərdə altı dəfə ABŞ Kinoaktyorlar Gildiyasının prezidenti seçilib. 1950-ci illərin ortalarında Reyqan filmlərdə daha az rol ifa etməyə, televiziyada dah çox görünməyə başladı. Səkkiz il ərzində o, CBS, NBC və ABC kanallarında bir sıra proqramlarda iştirak və çıxış edib. 1957-ci ildə Qızıl Qlobus mükafatına layiq görülən Reyqanın şərəfinə 9 fevral 1960-cı ildə Hollivudun Şöhrət xiyabanında ulduz həkk edildi. 1965-ci ildə Reyqan aktyorluq karyerasını bitirərək siyasətə atıldı.
Ağdam rayonununMərzili bələdiyyəsi Azərbaycanda yeganə bələdiyyədir ki, bələdiyyə birləşməsi haqqında qanunda adı göstərilməyib, amma yeni siyahıya da daxil edilmədiyinə görə qanunla deyil, öz qərarına əsasən ləğv edilmişdir.
Açıq göz rənglərinə (boz, mavi və ya yaşıl) sahib olan insanlar qəhvəyi və ya qara gözlülərə nisbətən qaranlıqda obyektləri daha yaxşı görə bilirlər.
2002-ci ildə baş verən futbol böhranı nəticəsində Azərbaycan təxminən 400 gün ərzində heç bir rəsmi futbol tədbirində iştirak etməmişdir.