Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 218.890 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Image
Azərbaycan təsiri — Azərbaycan linqvistik və mədəni mühitinin təsir dairəsinin inkişaf tarixi, Azərbaycan dili, mədəniyyəti, adət-ənənələri, elmi, siyasəti və s. sahələrin müxtəlif bölgələrdə və xalqlarda oynadığı rol, həmçinin Azərbaycan Respublikasının kənardakı Azərbaycan icmalarına təsiri. Hal-hazırda Azərbaycan dili adlandırılan türk dili tarixən Xorasandan Anadoluya, Qafqazdan Bağdada qədər yayılmışdı. XIV əsrdən etibarən İran Azərbaycanından və İrandan başqa Cənubi Qafqaz, Şərqi Anadolu və İraqın bəzi hissələrində də Azərbaycan dilində ədəbiyyat yüksək səviyyədə inkişaf etmişdir. Azərbaycan ədəbiyyatı Osmanlı, Türkmən və Çağatay ədəbiyyatları arasında körpü rolunu oynamışdır. Osmanlı dövlətində paytaxtdan uzaq regionlarda, həcc və ticarət yollarında hərəkət edən karvanlar vasitəsilə Osmanlı şairləri ilə Azərbaycan şairləri arasında qəzəl və digər nəzm növlərinin bir növ "mübadilə"si aparılmışdır.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Image
The Walking Dead: A New Frontier — 2016-cı ildə "Telltale Games" tərəfindən istehsal olunmuş, eyniadlı komiks seriyasına əsaslanan epizodik qrafik macəra videooyunu. Bu oyun "The Walking Dead: Season Two" layihəsinin davamı olmaqla, "The Walking Dead" videooyun seriyasının üçüncü hissəsidir. Oyunun ilk iki epizodu 20-ci dekabr 2016-cı il tarixində yayımlanmış, pərakəndə satış üçün nəzərdə tutulan "mövsüm bileti" disk nəşri isə 7-ci fevral 2017-ci il tarixində işıq üzü görmüşdür. Oyun əvvəlki mövsümlərlə eyni narrativ struktura malikdir. Oyunçunun bir epizodda etdiyi seçimlər gələcək hekayə elementlərinə qalıcı təsir göstərmişdir. İlk iki mövsümdən və əlavə "400 Days" epizodundan yaddaş fayllarında qeydə alınan seçimlər üçüncü mövsümə ötürülmüşdür.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Image
"Heydər Əliyev" ordeni ilə təltif edilənlərin siyahısı — Azərbaycanın ən ali dövlət təltifi. Orden Azərbaycan Milli Məclisinin 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanunu ilə təsdiq edilən və 2005-ci il aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təsis edilmişdir. 2005-ci ildən bu yana 26 nəfər bu ordenlə təltif edilmişdir. "Heydər Əliyev" ordeni ilə təltif edilən 26 nəfərdən 10 nəfəri Azərbaycan vətəndaşı, 16 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır. Ordenlə təltif edilənlərdən 14 nəfəri, təltif edilən zaman dövlət başçısı idilər. Ordenlə təltif edilən 26 nəfərdən cəmi 2 nəfəri qadındır — Mehriban Əliyeva və Zeynəb Xanlarova. "Heydər Əliyev" ordeni ilə təltif edilənlərdən ən gənci İlham Əliyev (43 yaşında), ən yaşlısı isə İhsan Doğramacı (90 yaşında) olmuşdur.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli