Azərbaycan təsiri — Azərbaycan linqvistik və mədəni mühitinin təsir dairəsinin inkişaf tarixi, Azərbaycan dili, mədəniyyəti, adət-ənənələri, elmi, siyasəti və s. sahələrin müxtəlif bölgələrdə və xalqlarda oynadığı rol, həmçinin Azərbaycan Respublikasının kənardakı Azərbaycan icmalarına təsiri. Hal-hazırda Azərbaycan dili adlandırılan türk dili tarixən XorasandanAnadoluya, QafqazdanBağdada qədər yayılmışdı. XIV əsrdən etibarən İran Azərbaycanından və İrandan başqa Cənubi Qafqaz, Şərqi Anadolu və İraqın bəzi hissələrində də Azərbaycan dilində ədəbiyyat yüksək səviyyədə inkişaf etmişdir. Azərbaycan ədəbiyyatı Osmanlı, Türkmən və Çağatay ədəbiyyatları arasında körpü rolunu oynamışdır. Osmanlı dövlətində paytaxtdan uzaq regionlarda, həcc və ticarət yollarında hərəkət edən karvanlar vasitəsilə Osmanlı şairləri ilə Azərbaycan şairləri arasında qəzəl və digər nəzm növlərinin bir növ "mübadilə"si aparılmışdır.
The Walking Dead: A New Frontier — 2016-cı ildə "Telltale Games" tərəfindən istehsal olunmuş, eyniadlı komiks seriyasına əsaslanan epizodik qrafik macəravideooyunu. Bu oyun "The Walking Dead: Season Two" layihəsinin davamı olmaqla, "The Walking Dead" videooyun seriyasının üçüncü hissəsidir. Oyunun ilk iki epizodu 20-ci dekabr 2016-cı il tarixində yayımlanmış, pərakəndə satış üçün nəzərdə tutulan "mövsüm bileti" disk nəşri isə 7-ci fevral 2017-ci il tarixində işıq üzü görmüşdür. Oyun əvvəlki mövsümlərlə eyni narrativ struktura malikdir. Oyunçunun bir epizodda etdiyi seçimlər gələcək hekayə elementlərinə qalıcı təsir göstərmişdir. İlk iki mövsümdən və əlavə "400 Days" epizodundan yaddaş fayllarında qeydə alınan seçimlər üçüncü mövsümə ötürülmüşdür.
1995-ci ildə qəbul edilən Belarus gerbi(şəkildə) sovet ənənəsini davam etdirmək məqsədini daşıyırdı.
Yunan mifologiyasındaZevsin məşuqəsi İo münasibətləri Heradan gizli qalsın deyə inəyə döndərilmiş, at milçəyi tərəfindən təqib olunduqdan sonra Misirdə yenidən insan formasına qayıtmışdır.