Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 218.699 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Image
Nyu-York — Nyu-York ştatında yerləşən Amerika Birləşmiş Ştatlarının əhalisinin sayına görə ən böyük şəhəri. Şəhərin ərazisi 778,2 km², əhalisi isə 2020-ci ilin siyahıyaalması ilə 8.804.190 nəfərdir. Nyu-York ştatının cənubunda yerləşən şəhər Nyu-York aqlomerasiya regionunun mərkəzidir, həmçinin ərazisinə görə dünyanın ən böyük aqlomerasiya regionudur. 2020-ci ilin statistikasına əsasən şəhər 20 milyondan çox əhali ilə həm də dünyanın ən sıx məskunlaşılan meqapolislərindən biridir. Nyu-York dünyanın mədəni, maliyyə və media mərkəzi kimi təsvir edilmişdir və ticarət, əyləncə, tədqiqat, texnologiya, təhsil, siyasət, turizm, yemək, incəsənət, dəb və idman sahələrində yer alır. Dünyanın ən çox fotoşəkil çəkilən şəhəridir. Birləşmiş Millətlər Təşkilatının Baş Qərərgahının yerləşdiyi Nyu-York beynəlxalq diplomatiya mərkəzlərindən biri və qlobal investorlar üçün etibarlı sığınacaqdır. Nyu-York bəzən dünyanın paytaxtı kimi təsvir edilir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Image
Məysəlun döyüşü — 24 iyul 1920-ci il tarixində Anti-Livan dağlarında, Dəməşqdən təxminən 25 kilometr qərbdə yerləşən Xan Məysəlun yaxınlığında Suriya Ərəb krallığının qüvvələri ilə Fransa Levant Ordusu arasında baş vermiş və təxminən dörd saat davam etmiş hərbi qarşıdurma.

1918-ci ilin oktyabrında Britaniyanın dəstəklədiyi ərəb üsyanı zamanı Haşimi əmiri I Feysəlin rəhbərliyi altındakı ərəb qüvvələri Osmanlı imperiyasına qarşı mübarizə çərçivəsində Dəməşqi ələ keçirmişdir. Bundan sonra Feysəl müttəfiq hərbi işğal administrasiyasının "OETA East" adlandırılan idarə sistemi çərçivəsində, əvvəlcədən mövcud olmuş İngiltərə–Fransa modusuna uyğun şəkildə hökumət formalaşdırmışdır. (Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Image
Ronald Reyqanın filmoqrafiyası — 28 illik aktyorluq karyerası (1937-ci ildən 1965-ci ilə qədər) boyunca çəkildiyi filmlər və televiziya işləri daxildir. Onun radio, kino və televiziya sahəsində karyerası 33 il davam edib. Ronald Reyqan İkinci Dünya müharibəsi zamanı ABŞ Hərbi Hava Qüvvələrində xidmət edib və burada müxtəlif müharibə mövzulu filmlərin yaradılmasında iştirak edib. 1947-1959-cu illərdə altı dəfə ABŞ Kinoaktyorlar Gildiyasının prezidenti seçilib. 1950-ci illərin ortalarında Reyqan filmlərdə daha az rol ifa etməyə, televiziyada dah çox görünməyə başladı. Səkkiz il ərzində o, CBS, NBC və ABC kanallarında bir sıra proqramlarda iştirak və çıxış edib. 1957-ci ildə Qızıl Qlobus mükafatına layiq görülən Reyqanın şərəfinə 9 fevral 1960-cı ildə Hollivudun Şöhrət xiyabanında ulduz həkk edildi. 1965-ci ildə Reyqan aktyorluq karyerasını bitirərək siyasətə atıldı.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli