Ağbil
Görünüş
| Ağbil | |
|---|---|
| 41°25′31″ şm. e. 48°33′46″ ş. u.HGYO | |
| Ölkə |
|
| Rayon | Quba rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 432 m |
| Əhalisi | |
| Əhalisi | 5783 (2023) nəfər |
Ağbil — Azərbaycan Respublikasının Quba rayonunun Elbir kənd inzibati ərazi dairəsində kənd.[1] Eyniadlı bələdiyyənin tərkibindədir[2].
Toponimikası
[redaktə | vikimətni redaktə et]Ağbil oyk., mür. Qusar maili düzənliyindədir. XVI əsrə aid Ağbil türbələri bu kəndin ərazisindədir. Yerli əhali bu türbələri Dörd Ağbil adlandırır. Hazırda üçü qalmaqda olan həmin türbələr Şeyxlər üçün tikilmişdir. XIX əsrdə Zeyid kəndindən köçüb gələnlər tərəfindən məskunlaşmış Ağbil kəndi bir müddət Ağbil Zeyid adlandırılmışdır. Oykonim ağ (kiçik) və bil (qəd. bulqar dilində "türbə, məzar daşı") komponentlərindən düzəlib, "kiçik türbə, məzar daşı" deməkdir. Xorasan ərazisində qeydə alınmış Akməzar toponimi ilə sinonimdir.[3]
Əhalisi
[redaktə | vikimətni redaktə et]Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 28 fevral 2024. 14 mart 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 aprel 2024.
- ↑ "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 11 yanvar 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2013.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Quba rayonu haqqında olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
