Məzmuna keç

Anatoli Kaşpirovski

Vikipediya, azad ensiklopediya
Anatoli Kaşpirovski
ukr. Анатолій Михайлович Кашпіровський
Image
11 yanvar 1994 – 15 yanvar 1996
Şəxsi məlumatlar
Doğum tarixi 11 avqust 1939(1939-08-11)
Doğum yeri
Vəfat tarixi 3 oktyabr 2026(2026-10-03)[2] (87 yaşında)
Vəfat yeri
Vəfat səbəbi mədə xərçəngi, bir neçə orqan çatışmazlığı sindromu
Dəfn yeri
Fəaliyyəti siyasətçi, boksçu, həkim, parapsixoloq, hipnozçu, psixoterapevt, televiziya aparıcısı, YouTuber
Uşağı 3
Elmi fəaliyyəti
Elm sahəsi tibb, psixoterapiya, hipnoz, teletibb[d]
Elmi dərəcələri
Təltifləri SSRİ idman ustası — 1987 YouTube Gümüş play düyməsi
kashpirovskiy.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anatoli Mixayloviç Kaşpirovski (rus. Анато́лий Миха́йлович Кашпиро́вский, ukr. Анатолій Михайлович Кашпіровський; 11 avqust 1939, Xmelnitski vilayəti[1] – 3 oktyabr 2026[2], Moskva) — SSRİ və Rusiya psixoterapevti, bir sıra mənbələrdə "ekstrasens" kimi təqdim olunan şəxs. "Həkim-psixoterapevt Anatoli Kaşpirovskinin sağlamlıq seansları" televiziya proqramının aparıcısı olmuşdur. İddia edildiyinə görə, verilişini izləyən telesaşaçıları məsafədən müalicə etmişdir. RF Dövlət Dumasının I çağırış deputatı (LDPR partiyasından, 1994–1996) olmuşdur.

Kaşpirovski 1988-ci ildə Sovet televiziya verilişlərindən birində qonaq olarkən məşhurluq qazanmış, lakin geniş ictimaiyyətin diqqətini ilk dəfə 1989-cu ilin oktyabrında — Sovet sisteminin süqutunun başlanğıcı dövründə, Kiyevdə keçirilən "sağalma" prosesinin televiziya vasitəsilə yayımlanması zamanı cəlb etmişdir. Həmin dövrdə SSRİ-də sehr və paranormal hadisələr mövzusu yenidən populyarlıq qazanırdı. Postsovet dövründə onun seanslarından sonra yüzlərlə və ya minlərlə insanın "ağlını itirdiyi" barədə bəyanatlar fonunda populyarlığı sürətlə sönmüşdür. Anatoli Kaşpirovskinin özü isə yenidənqurma dövrünün rəmzlərindən birinə çevrilmişdir.[3]

1993-cü ildə o, RF Dövlət Dumasının deputatı seçilmiş, bundan sonra 1995-ci ildə ABŞ-yə köçərək sabiq SSRİ ölkələrindən olan mühacirləri müalicə etməklə pul qazanmışdır.[4] Rusiyada isə Kaşpirovskinin seanslarından sonrakı dövrdə paranormal olan hər şeyə maraq artmış və 2010-cu ilə qədər Rusiyada ödənişli xidmətlər göstərən 100 minə yaxın okkultist və ekstrasens fəaliyyət göstərmişdir. 2020-ci ildən etibarən özünün YouTube kanalında "sağlamlaşdırıcı seanslar" keçirməyə davam etmişdir.

  1. 1 2 Спорт-страна.ру (rus.).
  2. 1 2 Умер «телевизионный целитель» Анатолий Кашпировский (rus.). // Русская служба Би-би-си. 3 oktyabr 2026. (İstifadə tarixi: 3 oktyabr 2026).
  3. ↑ "Faith healer Anatoly Kashpirovsky: Russia's new Rasputin". The Guardian (ingilis). 5 iyun 2010. 25 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2022.
  4. ↑ Галия Ибрагимова. "Воспоминания «пациентов» Кашпировского: «На самом деле было больно»". РИА Новости. 9 oktyabr 2019. 21 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2023.