C (proqramlaşdırma dili)
| C | |
|---|---|
| | |
| Paradiqmalar | Strukturlu proqramlaşdırma |
| Yaradılma tarixi | 1972 |
| Müəlliflər | Denis Ritçi |
| Tərtibatçılar | Bell Labs, Denis Ritçi[1], Amerika Milli Standartlar İnstitutu, Beynəlxalq standartlaşdırma təşkilatı, Ken Tompson |
| Fayl sonluğu |
.c və ya .h |
| Təsirlənib | Assembler, Fortran, Algol dili |
| Əməliyyat sistemi | Microsoft Windows, Unix bənzəri, çarpaz platformalı[d] |
| open-std.org/jtc1/sc22/w… iso.org/standard/82075.h… c-language.org | |
C (si kimi tələffüz olunur) — 1970-ci illərin əvvəllərində Denis Ritçi və Ken Tompson tərəfindən UNIX əməliyyat sistemi üçün yaradılmış proqramlaşdırma dili. B dilinin inkişafı məqsədilə yaradılmışdır.
Hazırda C proqramlaşdırma dili digər əməliyyat sistemlərində də geniş istifadə olunur. Müasir dövrdə bu dil sistem proqramlaşdırması üçün ən güclü proqramlaşdırma dillərindən biri hesab olunur. Windows, Linux, Unix, FreeBSD və s. əməliyyat sistemləri məhz C-də yazılıb.
C proqramlaşdırma dili bir çox digər proqramlaşdırma dillərinin yaranmasına və inkişafına təkan vermişdir. Belə ki, C++, Objective-C, Perl, Java, PHP, JavaScript, AWK, D (proqramlaşdırma dili) və digər dillərin yaranmasında C-nin çox böyük rolu olmuşdur. Buna görə də bu dillərə "C kimi sintaksisə" malik dillər deyilir.
C proqramlaşdırma dilinin tədris üçün yaradılmamasına baxmayaraq hazırda bir çox universitetlərdə C dili tədris olunur. Bir çoxları bütün güclü proqramçıların C dilini bilməli olduğlarını söyləyirlər.
Yaranma tarixi
[redaktə | vikimətni redaktə et]C dili 1969–1973-cü illərdə yaradılmışdır. Adının C olması isə B dilinin birbaşa davamçısı olması ilə bağlıdır.
C dili əvvəllər PDP-11 maşınında UNIX əməliyyat sistemində işlədilmək üçün nəzərdə tutulmuşdur. Sonralar UNIX sisteminin geniş yayılması C dilinin daha da populyarlaşmasına səbəb oldu. Hazırda bir çox insan C-ni proqramlaşdırma dillərinin atası adlandırır.
ANSI C
[redaktə | vikimətni redaktə et]C məşhurlaşandan sonra C-nin bir çox yeni kompilyatorları meydana gəldi. Kompilyatoru yazanlar istəklərinə uyğun yeni imkanlar yaradır, bəzi dəyişikliklər edirdilər. Nəticədə bir çox hallarda bir kompilyatorda uğurla kompilyasiya olunan proqram digər kompilyatlarda işləmirdi. Bu isə kompilyatorlar arasında seçim etməkdə çox çətinlik törətdi.
1983-cü ildə ANSI (American National Standards Institute) C-nin standartını tərtib etmək qərarına gəldi. 1988-ci ildə ANSI X3.159–1989 "Programming Language C" adlı standart qəbul olundu. Standarta uyğun yazılan kompilyator daha yaxşı kompilyator sayılır.
Sintaksisi
[redaktə | vikimətni redaktə et]#include <stdio.h>
int main(){
printf("Hello World!\n");
return 0;
}
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ The Development of the C Language (ing.). nokia.com.