Corc Oruell
| Corc Oruell | |
|---|---|
| ing. George Orwell | |
| | |
| Doğum tarixi | 25 iyun 1903[1][2][…] |
| Doğum yeri |
|
| Vəfat tarixi | 21 yanvar 1950[1][2][…] (46 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | vərəm |
| Dəfn yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | yazıçı |
| Fəaliyyət illəri | 1928–1949 |
|
|
|
Erik Artur Bleyr 25 iyun 1903[1][2][…], Motihari[d], Benqal prezidentliyi[d] – 21 yanvar 1950[1][2][…], London) Corc Oruell (ing. George Orwell) — təxəllüsü ilə yazan ilk ingilis yazıçısı, şairi, esseisti, jurnalisti və tənqidçisi idi. XX əsr İngilis ədəbiyyatının öndə gələn şəxsiyyətlərindən biridir. Əsərlərində yer alan dəqiqlik, zəka, ictimai ədalətsizliyə qarşı maarifləndirmə və totalitarizmə qarşı mübarizəsi onun əsərlərinin əsas xüsusiyyətlərindən biridir[3].
Əsl adı Erik Artur Bleyer olan ingilis yazıçısı Corc Oruell 1903-cü il iyunun 25-də Hindistanın Motixari şəhərində doğulub. Atası gömrük işçisi, anası evdar qadın olub. 1904-cü ildə onların ailəsi Londona köçür. Oruell kiçik yaşlarından kitab oxumağa həvəs göstərir, Kiplinqin, Dikkensin, Uelsin əsərlərini oxuyur. 15 yaşında Londonun elitar məktəblərindən sayılan İton kollecinə daxil olur. Tələbəlik illərindən bədii yaradıcılığa başlayan Oruell ilk hekayələrini kollecin dərgilərində çap etdirsə də, uğur qazanmır. Təhsil haqqını ödəyə bilmədiyindən kolleci yarımçıq qoyaraq Birmaya gəlir və kral polisində direktor köməkçisi işləməyə başlayır.
1936-cı ildə Corc Oruell Eylin Oşonessi adlı qadınla evlənir. Həmin vaxt İspaniyada vətəndaş müharibəsi başlayır. Siyasi baxışlarına görə solçu olan Oruell London qəzetlərinin birinin müxbiri kimi ora yollanır və partizan dəstələrindən birində vuruşmağa başlayır. Döyüşlərin birində ağır yaralanan yazıçı hospitalda müalicə alır. Müharibə onun dünyagörüşünə böyük təsir göstərir. Sağaldıqdan sonra o, İspaniya gizli polisi tərəfindən axtarıldığını öyrənir və Londona qayıdır.
İkinci Dünya müharibəsi illərində Corc Oruell BBC telekanalında və "Observer" qəzetində işləyir. Oruell 1943-cü ildə özünün məşhur "Heyvanıstan" əsərini yazır. Roman sovet dövlətinin lideri İosif Stalin haqqında idi. Əsər 1945-ci ildə çap olunur və yazıçıya böyük şöhrət qazandırır. Müharibədən sonra o yenidən jurnalistlik fəaliyyəti ilə məşğul olur.
Yazıçıya dünya şöhrəti gətirən ikinci əsəri "1984" romanıdır. Əsər XX əsrin məşhur antiutopik əsərlərindən hesab olunur. Roman dünyanın 60-dan çox ölkəsinin dilinə tərcümə olunub. Əsərin çapından bir müddət sonra, 1950-ci ildə vərəm xəstəliyindən əziyyət çəkən Corc Oruell vəfat edir.
UNESCO-nun qərarı ilə 1984-cü il yazıçının xatirəsinə ehtiram olaraq "Corc Oruell ili" elan edilmişdir.
Əsərləri
[redaktə | vikimətni redaktə et]- Paris və Londonda qara qəpiksiz (1933)
- Birma günləri (1934)
- Keşişin qızı (1935)
- Yaşasın Fikus! (1936)
- Uiqan körpüsü yolu (1937)
- Kataloniyaya məhəbbətlə (1938)
- Boğuluram (1939)
- Heyvanıstan (1945)
- 1984 (1949)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 3 4 George ORWELL (fr.). // NooSFere. (İstifadə tarixi: 9 oktyabr 2017).
- 1 2 3 4 George Orwell (alm.). // Brockhaus Enzyklopädie. F.A. Brockhaus.
- ↑ Gale,, Steven H. Encyclopedia of British Humorists: Geoffrey Chaucer to John Cleese, (ingilis). Volume 1. Taylor & Francis. 1996. p.823.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Работы Оруэлла и о нем Arxivləşdirilib 2011-11-16 at the Wayback Machine
- Библиография на сайте Лаборатория Фантастики
- http://www.theorwellprize.co.uk/
- Сайт о Джордже Оруэлле
- Комментарий к роману Дж. Оруэлла "1984"
- Английский писатель в стране большевиков.
- Джордж Оруэлл, честный ябедник
- Оруэллова недостаточность
- 25 iyunda doğulanlar
- 1903-cü ildə doğulanlar
- Britaniya Hindistanında doğulanlar
- 21 yanvarda vəfat edənlər
- 1950-ci ildə vəfat edənlər
- 46 yaşında vəfat edənlər
- Londonda vəfat edənlər
- İton Kollecinin məzunları
- Corc Oruell
- İngilis yazıçılar
- Hindistanda doğulanlar
- Vərəm xəstəliyindən ölənlər
- Süni dil yaradıcıları
- Hüqo mükafatı laureatları
- Böyük Britaniya esseistləri
- Aforistlər
- Ateist filosoflar
- İngilis anqlikanlar
- XX əsrin İngiltərə romançıları
- XX əsr təhsil nəzəriyyəçiləri
- İngiltərə antikommunistləri
- Britaniya publisistləri
- "Dünyanın yaddaşı" siyahısında olan obyektlər
- Antifaşistlər
- Böyük Britaniya avtobioqrafları
- Britaniya tənqidçiləri
- Demokratik sosializm
- Dünyəvilik tərəfdarları
- Elmi fantastika ədəbiyyatı
- Ədəbiyyatşünaslar
- Fransa yazıçıları
- Fransız yazıçılar
- Futuroloqlar
- Gündəlik müəllifləri
- Hekayələr
- Hərbi müxbirlər
- İkinci Dünya müharibəsində Britaniya hərbçiləri
- İngilis dilində ədəbiyyat
- İngiltərə fantastika yazıçıları
- İngiltərə filosofları
- İngiltərə jurnalistləri
- İngiltərə satirik şairləri
- İngiltərə şairləri
- İngiltərə tarixçiləri
- İspaniya vətəndaş müharibəsi iştirakçıları
- Leyboristlər Partiyası (Böyük Britaniya) şəxsləri
- Mədəniyyət filosofları
- Mədəniyyət tənqidçiləri
- Poçt markalarında şəxslər
- Romanlar
- Satira
- Siyasi filosoflar
- Təhsil filosofları
- Təxəllüslər
- Xristianlığın tənqidçiləri
- XX əsr şairləri
- XX əsr tarixçiləri
- XX əsrin Britaniya filosofları