Edmund Börk
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
| Edmund Börk | |
|---|---|
| | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 12 yanvar 1729[1][2][…] |
| Doğum yeri | |
| Vəfat tarixi | 9 iyul 1797[5][1][…] (68 yaşında) |
| Vəfat yeri | |
| Partiya | |
| Təhsili | |
| Fəaliyyəti | siyasətçi, filosof, yazıçı, politoloq |
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | politologiya, siyasi ideologiya[d], mühafizəkarlıq, fəlsəfə |
|
|
|
|
|
|
Edmund Börk (12 yanvar 1729[1][2][…], Dublin[3][4] – 9 iyul 1797[5][1][…], Beaconsfield[d], Bakingemşir qraflığı[d][3][4]) — Böyük Britaniya filosofu.
Həyatı
[redaktə | vikimətni redaktə et]Britaniya mühafizəkarlığının banisi irland protestantı Edmund Börk (1729–1797) hesab olunur. Mahir polemikaçı, filosof və siyasi xadim Börk 1776-cı ildə parlamentə seçilir və görkəmli natiq və erudit kimi şöhrət qazanır. Börk parlamentdə köləliyin və kölə alverinin ləğvi uğrunda mübarizə aparır, Amerika kolonistlərinin və bir az əvvəl zəbt edilmiş Hindistanın əhalisinin müdafiəsi üçün çıxış edir. Viqlər Partiyasının əqi dəli üzvü olan Börk xalq idarəçiliyi və insan hüquqları konsepsiyasına skeptik münasibətinin nəticəsi olaraq sonralar torilik ideologiyasının əsasını təşkil etmiş öz ideya və baxışlarının kompleksini irəli sürür. Fransa inqilabının və hər bir inqilab kimi onun gətirdiyi qarışıqlıqların şahidi olan Börk özünün "Fransada inqilab haqqında düşüncələr" kitabında belə bir mövqedən çıxış edir ki, insan öz taleyini həll etmək hüququnu dövlətə verməlidir, dövlət isə insanların qayğısına qalmalıdır. Börk həmçinin hesab edirdi ki, dövlət insanların iradəsindən nə qədər az asılı olsa, bir o qədər yaxşıdır.
Fəlsəfəsi
[redaktə | vikimətni redaktə et]Börkün nəzəriyyəsi "Fransada inqilab haqqında düşüncələr" (Reflections on the Revolution in France, 1790) çox vədə verən Fransa inqilabına və zəkanın Maarifçi filosoflar tərəfindən yüksəklərə qaldırılmasına qarşı reaksiya kimi meydana gəldi.
Maarifçilik dövrünün adamları zəkanı ənənələrdən, tarixdənkənar anlaşılan fərdi isə birlikdən üstün tuturdular. Börk bunların yerini dəyişdi: ənənə ayrı-ayrı intellektualların yaratdıqları nəzəriyyədən daha aqildir. Fundamental olan – heç də təcrid edilmiş, tarixdənkənar fərd olmayıb, birlik və tarixdir. Sxematik olaraq, demək olar ki, Börkün konservatizmi Maarifçilik dövrünün liberalizminin özünəməxsus neqativ inikasıdır.
Maarifçilik dövrünün liberalizmi: Təfəkkür ənənədən üstündür. Fərd (birlik və tarix deyil)
Börkün konservatizmi: Ənənə zəkadan üstündür. Birlik və tarix (fərd deyil)
Beləliklə, Börklə bağlı olaraq, yalnız nəzəri səviyyədə olmayan konservativ reaksiya haqqında danışa bilərik. Siyasi olaraq, Börk Fransa burjua inqilabı zamanı baş verən radikal dəyişikliklərə, daha dəqiq desək, kralın, saray zadəganlarının və ruhaniliyin siyasi səhnədən kənarlaşdırılmasına mənfi reaksiyanı ifadə edir. Fransız nöqteyi-nəzərincə, Börk saray zadəganlarını müdafiə edir və burjuaziyanın əksinə çıxırdı.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 3 4 Edmund Burke (alm.). // Brockhaus Enzyklopädie. F.A. Brockhaus. (İstifadə tarixi: 9 oktyabr 2017).
- 1 2 David Rodgers, Lin Barton. Edmund Burke. // Burke, Edmund. 13 dekabr 2017. DOI.
- 1 2 3 4 Бёрк Эдмунд (rus.). // Большая советская энциклопедия: [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия. 1969—1978.
- 1 2 3 4 Store norske leksikon (buk.). ISSN 2464-1480. (İstifadə tarixi: 17 oktyabr 2026).
- 1 2 Charles William Parkin. Edmund Burke (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 9 oktyabr 2017).
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Энциклопедия Кругосвет
- Размышления о революции во Франции".
- Чудинов А.В. Размышления англичан о Французской революции: Э. Берк, Дж. Макинтош, У. Годвин. Автореферат дисс.
- Чудинов А. В. Эдмунд Берк — критик Французской революции. Главы из книги "Размышления англичан о Французской революции: Э. Берк, Дж. Макинтош, У. Годвин":
- Часть I. Эдмунд Берк (1729–1797). Жизнь и мировоззрение Э. Берка
- Часть II. Споры о революции: Берк и его оппоненты
- Часть III. Идеи Берка в историографии Французской революции
- В библиотеке vive-liberta
- Hikmət Hacızadə — "Demokratiya — Gediləsi uzun bir yol"
- 12 yanvarda doğulanlar
- 1729-cu ildə doğulanlar
- Dublində doğulanlar
- 9 iyulda vəfat edənlər
- 1797-ci ildə vəfat edənlər
- 68 yaşında vəfat edənlər
- İngiltərədə vəfat edənlər
- Dublin Triniti Kollecinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- XVIII əsr filosofları
- Ateizmin tənqidçiləri
- Mühafizəkarlıq
- İncəsənət filosofları
- Təhsil filosofları
- Mədəniyyət filosofları
- Britaniya siyasətçiləri