Məzmuna keç

Haputlular

Vikipediya, azad ensiklopediya
Haputlular
Ümumi sayı
5000 nəfərdən çox
Yaşadığı ərazilər
Azərbaycan Azərbaycan
Dili

haput dili
Azərbaycan dili

Dini

İslam

Qohum xalqlar

Şahdağ milli etnik qrupu

Haputlular, haputlar[1][2] və ya hapıtlar[3] — Qafqaz xalqlarının Nax-Dağıstan qrupunun Şahdağ yarımqrupuna aid xalq.[4] Əsasən Azərbaycanda, Quba, Xaçmaz, Qəbələ, İsmayıllı, Ağdaş rayonlarında və Bakı, Sumqayıt şəhərlərində yaşayırlar. Kompakt halda Quba rayonunun Haput, İsmayıllı rayonunun Talıstan, Hacıhətəmli, Hapıtlı[5] və Mollaisaqlı kəndlərində məskunlaşmışlar. Füzuli rayonunun Saracıq kəndində də gəlmə tayfalardan biri hapıtlılardır.[6]

Qafqaz dil ailəsinə mənsub haput dilində danışırlar.[7] Qiyasəddin Qeybullayev qeyd edir ki, Qafqaz Albaniyasının sakinləri olan herlər indiki haputluların ulu əcdadıdır. Haputlular özlərini indi də "hər" adlandırırlar.[8] Dinləri islam dinidir. 1880-ci illərə aid bir sənəddə haputluların sayı 997 nəfər göstərilirmişdir.[9][10]

  1. ↑ "Azərbaycan etnoqrafiyası. Üç cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 12". 9 aprel 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2011.
  2. ↑ "Azad Nəbiyev. Azərbaycan aşıq məktəbləri. Bakı. 2004". 16 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2011.
  3. ↑ "Azsaylı xalqlar: hapıtlar. xalqcebhesi.az". 12 oktyabr 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2011.
  4. ↑ "Uğur. Azsaylı xalqlar: haputlar. "Xalq cəbhəsi" qəzeti. 28 yanvar 2011, № 16 (2184), s. 11". 12 oktyabr 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2011.
  5. ↑ Azərbaycanın əsrarəngiz təbiət abidələri: İsmayıllı rayonu Arxivləşdirilib 2021-05-10 at the Wayback Machine  (az.)
  6. ↑ Ənvər Çingizoğlu. Saracıq kəndi. "Soy" dərgisi, 7 (15), 2008. səh.116.
  7. ↑ Azərbaycanın müasir etnik palitrası Arxivləşdirilib 2011-10-07 at the Wayback Machine  (az.)
  8. ↑ Гейбуллаев Г.А. Топонимия Азербайджана. Баку: Изд. АН АзССР, 1986[ölü keçid]
  9. ↑ İmaməddin Zəkiyev. "Naməlum xınalıqlı alimlər". "Ədəbiyyat" qəzeti Arxivləşdirilib 2012-03-08 at the Wayback Machine  (az.)
  10. ↑ H. Həvilov. Azərbaycan etnoqrafiyası. Bakı. Elm. 1991. səh. 40

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]