Qara-Su rayonu
| Qara-Su rayonu | |
|---|---|
| | |
| 40°42′ şm. e. 72°53′ ş. u.HGYO | |
| Ölkə | Qırğızıstan |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 1935 |
| Sahəsi | 3,616 km² |
| Saat qurşağı | |
| Əhalisi | |
| Əhalisi | 1 460 400 nəfər (2023) nəfər |
| Rəsmi dillər | Qırğız dili, Rus dili |
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | 723300 |
| Digər | |
| karasuu.el.kg | |
Qara-Su rayonu (həmçinin Qarasu, Qara-Suu, Qarasuy adları da istifadə olunur: qırğ. Кара-Суу району) — Qırğızıstanın Oş vilayətinin tərkibində inzibati vahid. Əhalisi 468 423 nəfərdir (rayonlar arasında 1-ci yer). Rayonun inzibati mərkəzi Qara-Su şəhəridir.
Coğrafiyası
[redaktə | vikimətni redaktə et]Qara-Suu rayonu əsasən Oş-Kara-Suu Oazisi daxilində yerləşir. Oş rayonu 1962-ci ildə rayona daxil edildiyindən, Qara-Suu rayonu regional paytaxt Oş ətrafında yerləşir. Rayon mərkəzi olan Qara-Su şəhərinin yaxınlığından, Şaraxansay magistral kanalı boyunca Özbəkistan ilə dövlət sərhədi keçir. Rayonun ərazisi vilayətin mərkəzi hissəsində şimaldan cənuba doğru uzanır o, Fərqanə vadisinin şərq kənarları və Alay silsiləsinin dağətəyi yamacları (hissələri) hüdudlarında yerləşir.
Əhalisi
[redaktə | vikimətni redaktə et]Qırğızıstanın 2009-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən, rayon əhalisinin sayı 348 645 nəfər təşkil etmişdir, o cümlədən:
- qırğızlar — 189 262 nəfər (54,3 %)
- özbəklər — 134 340 nəfər (38,5 %)
- uyğurlar — 10 445 nəfər (3,0 %)
- taciklər — 5 947 nəfər (1,7 %)
- türklər — 3 368 nəfər (1,0 %)
- azərbaycanlılar — 2 440 nəfər (0,7 %)
- dunqanlar — 786 nəfər (0,2 %)
- tatarlar — 749 nəfər (0,2 %)
Qara-Su rayonunun Taşirov kəndi dunqanların kompakt şəkildə məskunlaşdığı yerdir.
İqlimi
[redaktə | vikimətni redaktə et]Rayonun düzənlik hissəsinin iqlimi subtropik, quraq daha dağlıq ərazilərində isə kontinental iqlim qurşağı hakimdir. Rayonda qış qısamüddətli və mülayim keçir. Ən soyuq ayda orta temperatur $-3\dots-5$ dərəcə təşkil edir. Qar örtüyü, demək olar ki, yaranmır. Rayonun dəniz və okeanlardan uzaqda yerləşməsi illik yağıntının az olmasına səbəb olur. Yaz fəsli ilin ən gözəl vaxtıdır. Yaz yağışları və isti günəş sayəsində rayonun yarımsəhra landşaftı rəngarəngliyi ilə canlanır. Yayı isti və uzun keçir (çox çəkir). İyul ayında gündüz temperaturları orta hesabla $+34\dots+36$ dərəcə təşkil edir. Qızmar günəş və son dərəcə məhdud yağıntı miqdarı yay mövsümünün böyük hissəsini müşayiət edir.
Tanınmış şəxslər
[redaktə | vikimətni redaktə et]- Jolon Mamıtov (01.04.1940 – 07.03.1988) Qara-Su rayonunun Tüleyken kəndində anadan olub — xalq şairi, yazıçıdır.
- Mendi Mamazairova (01.05.1943) Qara-Su rayonunun Konur-Jaz kəndində anadan olub — xalq yazıçısıdır.
- Qapar Aytiyev (1912—1984) 1-ci Tüleyken kəndində anadan olub — ilk sovet qırğız rəssamlarından biri, Qırğızıstan SSR və SSRİ Xalq rəssamıdır.
- Tokon Eşpayev (1950—2014) Qara-Su rayonunun Kerme-Too kəndində anadan olub — sovet və qırğız bayan ifaçısı, Oş Vilayət Filarmoniyasının solist-vokalçısı, Qırğızıstanın xalq artistidir.