Məzmuna keç

Syukuro Manabe

Vikipediya, azad ensiklopediya
Syukuro Manabe
yap. 真鍋 淑郎
Image
Doğum tarixi 21 sentyabr 1931(1931-09-21) (95 yaş)
Doğum yeri
Elm sahələri meteorologiya, iqlimşünaslıq, İqliməuyğunlaşma, Kompüter simulyasiyası
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Franklin İnstitutunun mükafatı — 2015 Fizika üzrə "Nobel" mükafatı — 2021
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Syukuro Manabe (21 sentyabr 1931, Sinritsu[d]) – yapon-amerikalı klimatoloq, iqlimin və onun dəyişikliklərinin hesablama modelləşdirilməsi üzrə görkəmli mütəxəssis, bu sahədə kompüter modelləşdirməsinin qabaqcıllarından biri və 1970-ci illərdə qlobal istiləşməni öyrənməyə başlayan ilklərdən biridir.[1][2] Fizika üzrə Nobel mükafatı laureatı[3] (2021il).

1953-cü ildə bakalavr, 1955-ci ildə magistr və 1958-ci ildə meteorologiya üzrə doktorluq dərəcəsini Tokio Universitetində almışdır. 1958–1963-cü illərdə Milli Hava Xidmətində tədqiqatçı meteoroloq kimi çalışdı.[4] 1963–1997-ci illərdə Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Laboratoriyasında baş elmi meteoroloq vəzifəsində çalışmışdır. 1968–1997-ci illərdə o, eyni zamanda Prinston Universitetində professor kimi dərs demişdir. 1960-cı illərdə S. Manabe atmosfer dinamikasını tədqiq etməyə başladı və sonradan ilk qlobal iqlim modelini yaratdı.[5] 1997–2001-ci illərdə vətəni Yaponiyada qlobal istiləşmə ilə bağlı tədqiqat proqramının direktoru vəzifəsində çalışıb. 2006–2013-cü illərdə Naqoya Universitetində dəvətli professor işləyib. 2021-ci ildə "Yer iqliminin fiziki modelləşdirilməsi, dəyişkənliyin ölçülməsi və qlobal istiləşmənin etibarlı şəkildə proqnozlaşdırılmasına görə" Fizika üzrə Nobel Mükafatı alıb.

  • 1966-cı ildə — Fujivara Mükafatı
  • 1967-ci ildə — Meisinger Mükafatı
  • 1970-ci ildə — ABŞ Ticarət Nazirliyinin Qızıl medalı
  • 1987-ci ildə — İkinci Yarım Əsrin Mükafatı — Amerika Meteorologiya Cəmiyyətinin ikinci ən qədim mükafatı
  • 1992-ci ildə — "Mavi Planet" Mükafatının ilk laureatı
  • 1993-cü ildə — Amerika Geofizika İttifaqının Rocer Revelle medalı
  • 1995-ci ildə — Byerknes Amerika Geofizika İttifaqının Atmosfer Elmləri Bölməsinin mühazirəsi
  • 1995-ci ildə — Asahi Mükafatı
  • 1997-ci ildə — Ətraf Mühitin Mühafizəsi üzrə Volvo Mükafatı
  • 1997-ci ildə — Yaponiya Ətraf Mühit Naziri Mükafatı
  • 1998-ci ildə — Avropa Geofizika Cəmiyyətinin Milutin Milankoviç medalı
  • 2004-cü ildə — MakGilla Universitetinin Fəxri doktoru
  • 2009-cu ildə — Kioto Yer kürəsinin Şöhrət Zalına daxil edilmişdir
  • 2015-ci ildə — Franklin İnstitutunun Benjamin Franklin medalı (2015)
  • 2016-cı ildə — BBVA Fondunun Bilik Sərhədləri Mükafatı (Jeyms Hansen ilə paylaşılmışdı)
  • 2018-ci ildə — İsveç Kral Elmlər Akademiyasının Crafoord Mükafatı (Syuzan Solomon ilə paylaşılmışdı)
  • 2021-ci ildə — Fizika üzrə Nobel Mükafatı ("Yer iqliminin fiziki modelləşdirilməsi, dəyişkənliyin ölçülməsi və qlobal istiləşmənin etibarlı şəkildə proqnozlaşdırılmasına görə")[6]
  1. ↑ Encyclopedia of Global Warming and Climate Change
  2. ↑ Encyclopedia of Global Warming and Climate Change, Second Edition
  3. ↑ Нобелевская премия по физике присуждена за моделирование земного климата. Дата обращения: 5 октября 2021. Архивировано 5 октября 2021 года.
  4. ↑ Manabe, Syukuro // Чешская национальная авторитетная база данных
  5. ↑ Syukuro Manabe wins Crafoord Prize for fundamental contributions to climate change research. Дата обращения: 1 апреля 2018. Архивировано 3 апреля 2018 года.
  6. ↑ Нобелевская премия по физике присуждена за моделирование земного климата. Дата обращения: 5 октября 2021. Архивировано 5 октября 2021 года.