Məzmuna keç

Vikipediya:Həftənin seçilmiş məqaləsi/may 2026

Vikipediya, azad ensiklopediya

Həftənin seçilmiş məqaləsi arxivi

2026: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2025: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 19 may 2026, Çərşənbə axşamı (2026 ilinin 21. həftəsi); bu an saat 01:26 (UTC)
(yenilə)
Keşi təmizlə

19. Həftə
Image
Ordubad mədəniyyətiOrdubad rayonununOrdubad şəhərinin mədəniyyəti. Ordubad şəhərinin Sərşəhər, Ambaras, Mingis, Varsan, Üçtürləngə məhəllələri orta əsrlər Müsəlman Şərqini xatırladır. Şəhərin məhəllələrinin ensiz və dolanbac olmasının səbəbi həm məskunlaşmanın sıx olması, həm də hücumlara qarşı məhəllələrin belə tikilməsidir. Evlərin həyətləri və divarları daş hasarlarla əhatələnir. Ordubadın inşaat mədəniyyəti, xüsusilə imarətləri həm özünəməxsusdur, həm də bir tərəfdən İran Azərbaycanı şəhərləri ilə oxşarlıq və bəzən də eynilik təşkil edir. Ordubad şəhərində Mədrəsə (XVII əsr), Cümə məscidi (XVII əsr), Hamam (XVI əsr), Buzxana (XIV əsr), Qeysəriyyə (XVI əsr) mövcuddur. Ordubad və Təbriz şəhərlərinin məişət mədəniyyəti arasında hədsiz oxşarlıq mövcuddur.

(Davamı...)


bax müzakirə et redaktə et tarixçə


20. Həftə
Image
"Con Hokvudun qəbirüstü abidəsi" — İtaliya rəssamı Paolo Uççello tərəfindən çəkilmiş freska. Əsər ingilis kondotyeri Con Hokvudun xatirəsinə həsr olunmuş və 1436-cı ildə Florensiya kafedralı üçün sifariş edilmişdir. Freska, İtaliya yarımadasında döyüşmüş muzdlu hərbçinin xatirəsini anan nadir sənət nümunələrindən biri olmaqla yanaşı, perspektiv anlayışının inkişafında mühüm mərhələ hesab olunur. Freskanın sifarişi və sonradan yenidən sifariş edilməsi ilə bağlı siyasi kontekst tarixçilər tərəfindən geniş şəkildə araşdırılmış və müzakirə edilmişdir. Əsər tez-tez Florensiyanın xarici mənşəli bir muzdlu döyüşçünü şəhər qəhrəmanı kimi təqdim etməsi səbəbilə "Florensiya təbliğatı" nümunəsi kimi qiymətləndirilir. Bu yanaşma eyni zamanda digər kondotyerlərə Florensiyaya xidmət etməyin mümkün mükafatlarını vəd edən simvolik bir mesaj kimi də şərh olunur.

(Davamı...)


bax müzakirə et redaktə et tarixçə


21. Həftə
Image
Məərri — indiki Suriya ərazisi olan Hələb əmirliyindən olan ərəb filosofu, şairi və yazıçısı. Onun dinə tənqidi münasibəti səbəbindən dövrünün ən önəmli ateistlərindən biri kimi təqdim edildiyi məlum olmuşdur, lakin dünyagörüşünün daha çox deizmə yaxın olduğu göstərilmişdir. Abbasilər dövrünün son mərhələsində, Məərrə şəhərində anadan olmuş, gənc yaşlarında çiçək xəstəliyi nəticəsində görmə qabiliyyətini itirmişdir. Buna baxmayaraq, əvvəlcə yaxınlıqdakı Hələbdə, daha sonra TripoliAntakyada təhsil almışdır. Bağdadda geniş yayılmış şeirlər yazmış, lakin əsərlərini satmaqdan imtina etmişdir. 1010-cu il ətrafında anasının səhhətinin pisləşməsi ilə əlaqədar Suriyaya qayıtmış və yazı fəaliyyətini davam etdirmişdir. Bu fəaliyyət ona yerli əhali arasında böyük hörmət qazandırmışdır.

(Davamı...)


bax müzakirə et redaktə et tarixçə


22. Həftə
Image
Qanuni-ƏsasiOsmanlı imperiyasının Birinci Məşrutiyyət dövründə (1876–1878) və İkinci Məşrutiyyət dövründə (1908–1922) qüvvədə olmuş konstitusiyası. Osmanlı imperiyasının ilk və yeganə konstitusiyası olan bu sənəd sultanın səlahiyyətlərini müəyyən dərəcədə məhdudlaşdırmaqla mərkəzi hakimiyyətin təşkilati islahatlarını təmin etmək, həmçinin vətəndaşlara dini və etnik mənsubiyyətindən asılı olmayaraq hüquq bərabərliyi yaratmaq məqsədi daşıyırdı. Sultan II Əbdülhəmidin (hakimiyyəti: 1876–1909-cu illər) dövründə qüvvəyə minən konstitusiyanın hazırlanmasında və qəbul edilməsində Midhat Paşa kimi "yeni osmanlılar" hərəkatının üzvləri və digər siyasi xadimlər mühüm rol oynamışdır. "Qanuni-Əsasi" sənədinin qəbuluna qədər Osmanlı imperiyasında konstitusional inkişaf uzun bir tarixə malik idi.

(Davamı...)


bax müzakirə et redaktə et tarixçə