Nikola Tesla — müasir dəyişən cərəyanelektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan Serbiya əsilli ABŞ futuroloqu, elektriki və maşın mühəndisi, ixtiraçısı. Tesla 1884-cü ildə ABŞ-nin Nyu York şəhərinə Tomas Edisona işləmək üçün immiqrasiya etməzdən əvvəl elektrik mühəndisliyi və telefoniya sahəsində təcrübə qazanmışdı. O tezliklə elektrik cihazlarının spektrini inkişaf etdirmək üçün laboratoriyalar və şirkətlərin təsis edilməsi üçün maliyyə tərəfdarları ilə müstəqil şəkildə müqavilə bağlamağa nail oldu. Özünün patentləşdirdiyi dəyişən cərəyan asinxron mühərrik və transformator, müşavir kimi qısa müddət ərzində Tesla üçün kirayələnən Corc Vestinqauz tərəfindən lisenziyalaşdırılıb.
Boris Skosırev — belarusmənşəli macəraçı, beynəlxalq fırıldaqçı və 1930-cu illərin əvvəllərində Andorra Knyazlığınımonarxiya şəklində ələ keçirməyə cəhd etmiş, özünü Andorra kralı I Boris (kat. Borís I d'Andorra) adlandıran iddiaçı. Skosırev Litvada, əslən Belarusdan olan aşağı zadəgan ailəsində anadan olmuşdur. O, 1917-ci il Rusiya inqilabından sonra İngiltərəyə mühacirət etmiş və siyasi sığınacaq əldə etmiş, Birinci Dünya müharibəsinin sonuna qədər Britaniya Ordusunda xidmət etmişdir. Müharibədən sonra Britaniya Xarici İşlər Nazirliyində çalışmış, 1920-ci illərin ortalarında isə Niderlanda köçmüşdür. 1924-cü ildə Niderlandın Ümumi Kəşfiyyat və Təhlükəsizlik Xidməti tərəfindən tərtib olunan "Görkəmli Xarici İnqilabçılar" siyahısına salınmış və beynəlxalq fırıldaqçı kimi qeydə alınmışdır.
Apple tərəfindən birləşdirilən və satın alınanların siyahısı — "Apple" dünyanın ən böyük texnologiyaşirkətlərindən biri kimi müxtəlif texnologiya və xidmətlər sahəsində innovativ məhsullar yaratmaq üçün bir çox şirkətləri satın almışdır. Bu satınalmalar əsasən texnologiya təkmilləşdirilməsi, yeni məhsulların inkişafı və mövcud bazar mövqeyinin gücləndirilməsi məqsədilə həyata keçirilmişdir. "Apple"ın proqram məhsullarına "macOS", "iOS", "iPadOS", "tvOS" və "watchOS" əməliyyat sistemləri, "iTunes" media pleyeri, "Safari" veb-brauzeri və iLife media və yaradıcı proqramlar dəsti daxildir. 2024-cü ilin noyabrına olan məlumata görə, "Apple" 100-dən çox şirkəti satın alıb. Alışların faktiki sayı yəqin ki, daha yüksəkdir, çünki "Apple" satınalmalarının əksəriyyətini mətbuat tərəfindən aşkar edilmədikcə açıqlamır. "Apple" iki yarı-səhmli ortaqlıq yaradıb və əvvəllər mövcud olan üç şirkətdə səhm paylarını satın almaq təklifini üç dəfə imtina etmişdir. "Apple" tərəfindən birləşdirilən və satın alınalarının əksəriyyətinin maliyyə təfərrüatlarını açıqlamır.
İngiltərə kralı III Henri 1253-cü ildə ağ ayısının(heykəli şəkildə)Temza çayında üzməsinə və balıq ovlamasına icazə verilməsi üçün əmr vermişdir.
Halina Hatçinsin "Rast" filminin çəkilişlərində rekvizit silahla atəş açılması nəticəsində səhvən öldürülməsi film çəkilişlərində silah təhlükəsizliyi protokollarının qəbul edilməsinə səbəb olmuşdur.