Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 213.396 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Image
Liverpul FKİngiltərə Premyer Liqasında Liverpul şəhərini təmsil edən peşəkar futbol klubu (ləqəbi – Qırmızılar). Klub 6 dəfə UEFA Çempionlar Liqasını, 3 dəfə UEFA Avropa Liqasını, 4 dəfə UEFA Superkubokunu, 20 dəfə İngiltərə Premyer Liqasını, 8 dəfə İngiltərə Federasiya Kubokunu, rekord sayda - 9 dəfə İngiltərə Liqa Kubokunu və 15 dəfə İngiltərə Milli Futbol Superkubokunu qazanmışdır. Klub 1892-ci ildə yaradılıb və növbəti il futbol liqasına qoşulmuşdur. Klub yaranandan bəri oyunlarını Enfild stadionunda keçirir. Liverpul 1970-1980-ci illərdə Uilyam Bil ŞenkliBob Peyslinin başçılığı altında həm İngiltərədə həm də Avropada ümumilikdə, 11 dəfə İngiltərə çempionluğunu və 7 dəfə Avropa miqyaslı kuboku qazanmaqla, özünü böyük bir güc olaraq qəbul etdirdi. Rafael Benitezin məşqçiliyi və Stiven Cerrardın kapitanlığı ilə Liverpul 2005-ci ildə matçın ilk hissəsində 0-3 hesabı ilə geridə olduğu "Milan"a qarşı oyunda geri dönüş edərək növbəti dəfə UEFA Çempionlar Liqasının qalibi oldu.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Image
Şahbudaq bəy Zülqədər — 1465–1468-ci və 1472–1480-ci illərdə Zülqədəroğulları bəyliyinin səkkizinci hökmdarı. Qardaşı Məlik Arslan bəyin (hakimiyyəti: 1454–1465-ci illər) hakimiyyəti dövründə Şahbudaq Məmlük sultanlığında sığınacaq tapmışdır. O, Məlik Arslan bəy ilə Məmlüklər arasındakı ixtilaflardan istifadə etmiş, Məmlük sultanı Seyfəddin Xoşqədəmi (hakimiyyəti: 1461–1467-ci illər) qardaşının qətlini sifariş etməyə təhrik etmişdir.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Image
Azərbaycanın Milli Qəhrəmanlarının siyahısı — bu siyahı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən şəxslər və hərbi qulluqçular barədə qısa məlumatı əhatə edir. Azərbaycanın ərazi bütövlüyü uğrunda xüsusi xidmətlərinə və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin vəzifə borcunu yerinə yetirərkən igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən aşağıdakı şəxslərə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Onlardan 20 nəfəri sağlığında, 206 nəfəri isə ölümündən sonra bu adla təltif olunub. Bugünə kimi 226 nəfərə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. İndiyədək Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunan şəxslərdən 2-sindən bu ad geri alınıb.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli