Məzmuna keç

Şikar Aslanov

Vikipediya, azad ensiklopediya
Şikar Aslanov
Şikar Davud oğlu Aslanov
Image
Şəxsi məlumatlar
Doğum tarixi 10 iyul 1970(1970-07-10)
Doğum yeri
Vəfat tarixi 2 iyul 1992(1992-07-02) (21 yaşında)
Vəfat yeri
Vəfat səbəbi həlak olub
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Qoşun növü
Rütbəsi
Döyüşlər
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı

Aslanov Şikar Davud oğlu (10 iyul 1970, Süleymanlı, Cəbrayıl rayonu – 2 iyul 1992, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.[1][2][3][4][5][6][7]

Şikar Aslanov 10 iyun 1970-ci ildə Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olmuşdur. 1987-ci ildə orta təhsilini bitirdikdən sonra, 1988–1990-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir. Xidmətini tamamladıqdan sonra Azərbaycana qayıdaraq Daxili İşlər Nazirliyinin Post-Patrul Xidmətinə qəbul olunmuşdur.

Ermənistanın hərbi təcavüzü (Birinci Qarabağ müharibəsi) başladıqdan sonra Şikar Aslanov könüllü olaraq cəbhəyə yollanmışdır. O, 1992-ci ildə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak edərək düşmənin bir neçə strateji atəş nöqtəsinin məhv edilməsində fərqlənmişdir.

2 iyul 1992-ci ildə döyüş tapşırığını yerinə yetirərkən düşmən snayperinin açdığı atəş nəticəsində ağır yaralanmışdır. Hospitala çatdırılsa da, həkimlərin səyinə baxmayaraq həyatını itirmişdir.[8]

Subay idi. Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir.

  • Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
  • Oxuduğu Süleymanlı kənd orta məktəbi hazırda onun adını daşıyır.
  • 2019 cu ildə qobu park yaşayış kompleksində onun adına fitness kompleksi sakinlərin istifadəsinə verildi.
  1. ↑ "Milli qəhrəmanlar | Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti". cabrail-ih.gov.az. Archived from the original on 3 may 2025. İstifadə tarixi: 15 fevral 2026.
  2. ↑ "Azərbaycanın Milli Qəhrəmanı Aslanov Şikar Davud oğlunun doğum günüdür". cabrail-ih.gov.az. 9 iyun 2021. 15 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2026.
  3. ↑ "Azərbaycanın Milli Qəhrəmanı Aslanov Şikar Davud oğlunun doğum günüdür". cabrail-ih.gov.az (az.). 10 iyun 2022. Archived from the original on 1 fevral 2023. İstifadə tarixi: 15 fevral 2026.
  4. ↑ AZƏRTAC. "Milli Qəhrəman Şikar Aslanovun xatirəsi anılıb". azertag.az (az.). 2 noyabr 2021. Archived from the original on 23 fevral 2020. İstifadə tarixi: 15 fevral 2026.
  5. ↑ Bakı Şəhər Mədəniyyət Baş İdarəsi. ""Qəhrəmanlar unudulmur" rubrikasında Milli Qəhrəman Şikar Aslanov". az.baku-art.com (az.). 15 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2026.
  6. 1 2 Əsgərov, Vüqar. Azərbaycanın Milli Qəhrəmanları (az.) (2-ci nəşr). Bakı: "Dərələyəz-M". 2010. 39.
  7. ↑ Əsgərov, Vüqar. Azərbaycanın Milli Qəhrəmanları (az.) (1-ci nəşr). Bakı: “QAPP-POLİQRAF”. 6 iyun 2005. 18.
  8. ↑ Əsgərov, Vüqar. Azərbaycanın Milli Qəhrəmanları (PDF) ( (az.)) (Redaktor: Kamil İsmayılov). Bakı: Qapp-poliqraf. 2005. 9 yanvar 2019 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2019.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]