Məzmuna keç

Ramazan Çirinqov

Vikipediya, azad ensiklopediya
Ramazan Çirinqov
Ramazan Heybullah oğlu Çirinqov
Image
Şəxsi məlumatlar
Doğum tarixi 15 fevral 1969(1969-02-15)
Doğum yeri
Vəfat tarixi 3 sentyabr 1995(1995-09-03) (26 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Təltifləri "Qızıl ulduz" medalı

Ramazan Çirinqov (15 fevral 1969, Meşəşambul, Balakən rayonu – 3 sentyabr 1995, Balakən rayonu) — Azərbaycanın Milli Qəhrəmanı.

15 fevral 1969-cu ildə Balakən rayonunda anadan olmuşdur. 1986-cı il Meşəşambul orta məktəbini bitirmiş, 1987-ci ildə hərbi xidmətə çağırılmışdır. Ramazan hərbi xidmətini Əfqanıstanda keçirmişdir. 1989-cu il hərbi xidmətini başa vurduqdan sonra Balakən rayonunda polis nəfəri kimi işə başlayır. 1995-ci il Balakən rayonunda silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsində o xüsusi fərqlənir. 1995-ci il 3 sentyabr öz xidməti vəzifəsini yerinə yetirərkən həlak olur.

Subay idi.

Milli Qəhrəman

[redaktə | vikimətni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 25 dekabr 1995-ci il tarixli 424 saylı fərmanı ilə Çirinqov Ramazan Heybullah oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir".

Meşəşambul kəndində dəfn edilmişdir.