Məzmuna keç

Durca

Vikipediya, azad ensiklopediya
Durca
Дирча
Ölkə Image Azərbaycan
Rayon Qəbələ
Əhalisi
Milli tərkibi ləzgilər
Dini tərkibi müsəlmanlar

Durca, Duruca (ləzgi. Дирча - Dirça) — Azərbaycan Respublikasının Qəbələ rayonununda, Böyük Qafqaz dağlarının ətəyində yerləşən qədim ləzgi kəndidir.[1]

Rəsmi sənədlərdə kəndin adı Durca (bəzən isə Duruca) olaraq qeyd edilir, ləzgi dilində isə "Дирча" (Dirça) adlanır. "Dirça" bir sixilin adıdır, kənd öz adını birbaşa bu əraziyə ilk məskunlaşan və kəndin əsasını qoyan eyniadlı soydan götürmüşdür.[2]

Duruca kəndi Qəbələ şəhər mərkəzindən 3 km məsafədə, Tufan dağın ətəyində, dağlıq ərazidə yerləşir. Yaşayış məntəqəsi coğrafi baxımdan Qəbələ rayonun Laza və Küsnət kəndlərinin yaxınlığında yerləşir. Kəndin ərazisindən başlanğıcını təxminən 2800 metr yüksəklikdəki dağdan götürən və uzunluğu 6 km olan Durcaçay axır. Çayın yuxarı axarlarında, kəndin şimal hissəsində hündürlüyü 35 metr olan pilləvari Durca şəlaləsi yerləşir.[3] Həmçinin Durcaçay vadisində həcmi 53 m³ təşkil edən böyük bir sel qənbəri (qayası) mövcuddur.[4] Kənd yüksək dağlıq zonada yerləşdiyindən özünəməxsus sərt iqlim şəraitinə malikdir.[5]

Durca kəndinin tarixi qədim Qafqaz Albaniyası dövrünə və bu dövlətin tərkib hissəsi olan qədim ləzgi tayfaların məskunlaşma tarixinə dayanır. Kəndin yerləşdiyi Qəbələ bölgəsi uzun müddət Albaniyanın paytaxtı və mədəniyyət mərkəzi olduğundan, Duruca da bu tarixi arealın ayrılmaz bir hissəsi hesab olunur.[6]

Kəndin əhalisi təxminən 600 nəfərdən ibarətdir və əhalisi bütövlükdə ləzgilər təşkil edir. Yaşayış məntəqəsində təqribən 120 fərdi ev mövcuddur. Kənddə məscid və onun nəzdində mədrəsə var. Mədrəsənin kitabxanasında qorunan və tədris olunan dini ədəbiyyatlar İslam dininin Əhli Sünnə əqidənin İmam Şafii məzhəbinə aiddir. Kənd Qəbələ rayonunda dini elmlərə və Quran təhsilinə verilən önəmlə seçilir. Durca kəndində yerli əhali tərəfindən Ləzgi adətlərə və geyim qaydalarına xüsusi diqqət yetirilir. Kənd icmasının daxili qanunlarına əsasən, qadınlar hicab taxmasa belə Ləzgi yaylığı geyinir.

İqtisadiyyatı və turizm potensialı

[redaktə | vikimətni redaktə et]

Durca kəndi Dövlət Turizm Agentliyi tərəfindən “Turistik kənd” olaraq seçilmişdir.[7] "Turistik kənd" statusuna malik olsa da, yerli əhali İslam dinini və Ləzgi adətlərini rəhbər tutaraq kənddəki restoranlarda kənd daxilində spirtli içkilərin satışına tamamilə qadağan edilmişdir. Bu səbəbdən kəndi ziyarət edənlər adetən yerli və xarici ailəli qonaqlar təşkil edir.

Kənddə Durca kənd tam orta məktəbi fəaliyyət göstərir.

  1. ↑ "Durca Village - VisitSilkRoad" (ingilis). İstifadə tarixi: 5 iyul 2026.
  2. ↑ Дирчавияр, 2010.
  3. ↑ Географическое положение Габалинского района Arxivləşdirilib 2018-09-07 at the Wayback Machine // qebele-ih.gov.az.
  4. ↑ Будагов Б. А. Генетическая классификация селевых отложений на примере азербайджанской части Большого Кавказа // Труды Азербайджанского географического общества. — Б., 1966. — Т. III.
  5. ↑ "Weather for Durca, Qabala Rayon, AZ". www.foreca.com (rus). İstifadə tarixi: 5 iyul 2026.
  6. ↑ "Durca Village - VisitSilkRoad" (ingilis). 13 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2026.
  7. ↑ "DTA sədri Duruca kəndinin sakinləri ilə görüşüb". tourism.gov.az (az.). 13 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2026.