Sırt Yengicə
| Sırt Yengicə | |
|---|---|
| 40°51′41″ şm. e. 47°49′16″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 627 m |
Sırt Yengicə — Azərbaycan Respublikasının Qəbələ rayonunun Sırt Yengicə kənd inzibati ərazi dairəsində kənd.[1] 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Sırt Yengicə kəndi Laza kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Sırt Yengicə kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]
Toponimikası
[redaktə | vikimətni redaktə et]Yaşayış məntəqəsini rayonun ərazisindəki digər Yenicə kəndindən fərqləndirmək məqsədilə və yüksəklikdə yerləşdiyinə görə belə adlandırmışlar. Oykonim "yüksəklikdə yerləşən Yengicə kəndi" mənasındadır.[3]
Sırt Yengicə adınının toponimik araşdırmalarına görə alimlər bildirir ki, Sırt "dağın beli" və Yengicə isə "təzəcə, yenicə" sözlərinin mənasını verir. Yəni "sırtda yaranmış yeni kənd" deməkdir.[4]
Coğrafiyası və iqlimi
[redaktə | vikimətni redaktə et]Kənd Dəmiraparançayın sahilində, Əyriçay–Öndağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi
[redaktə | vikimətni redaktə et]2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 407 nəfər əhali yaşayır.[5]
İqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]Kənd əhalisinin əsas məşğuliyyətini qoyunçuluq təşki ledir. Eyni zamanda kəndin geniş taxıl sahələri də vardır.[4]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 28 fevral 2024. 14 mart 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 aprel 2024.
- ↑ "Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasının Qanunu". 4 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2022.
- ↑ Sırt Yengicə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- 1 2 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax
[redaktə | vikimətni redaktə et] Qəbələ rayonu haqqında olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
